"Qarabağ"dan "İnter"ə ikiqat zərbə

XƏBƏR 23 May 2009 / 21:20 2072
-  A +

"Qarabağ" "İnter"i ölkə kubokunun finalında məğlub etməklə cari mövsümdə "bankirlər"ə ikinci dəfə zərbə endirdi. Qol.Az-ın məlumatına görə, cari mövsümdə "İnter"i məhz Ağdam klubu çempionluqdan etmişdi. Komandalar arasında Quzanlıda baş tutan görüş 1:1 hesabıyla başa çatmış və elə həmin turda liderliyi ələ keçirən "Bakı" sonda da qızıl medallara yiyələnmişdi. Bu dəfə isə "Qarabağ" "İnter"i kubokdan etdi.
Bu həm də "İnter"i üçüncü finalı idi. Əvvəlki iki cəhddə olduğu kimi bu dəfə də paytaxt klubu kuboka həsrət qaldı. Xatırladaq ki. 2005-ci ildə "Bakı", ötən mövsüm isə "Xəzər-Lənkəran" "bankirlər"i kuboka həsrət qoymuşdu.
"Qarabağ" isə tarixində altıncı dəfə final həyəcanı yaşadı. Bundan əvvəlki həlledici qarşılaşmaların 2-də qalib gələn, 3-də isə uduzan "Qarabağ" tarixində üçüncü dəfə kobuku qazandı. Buna qədər ağdamlılar 1993 və 2006-cı ildə kuboka yiyələnmişdilər. 1996-cı ildə "Neftçi", 1998 və 200-ci illərdə isə "Kəpəz" "Qarabağ"ı final matçında üstələməyi bacarıb.   

Son xəbərlər
27.09.24  15:09

UEFA-dan cəza