İspaniyanın “Baku Hellin” futbol klubunun azərbaycanlı prezidenti Gülnarə Xanbabayeva şəhərin idman departamentindən meriyaya şikayət edib.
Qol.Az-ın “EFE” agentliyinə istinadən verdiyi məlumata görə, Xanbabayeva ölkə çempionatının IV liqasında çıxış edən komandaya qarşı düşməncəsinə münasibətdən narazı qalıb.
Şəhər meriyasına üz tutan həmyerlimiz bildirib ki, “Baku Hellin”in futbolçularının “Santa Ana” stadionunda məşqinə icazə verilməyib. Onlara İsse kəndindəki Xosiko idman kompleksində məşq etmələri tövsiyə olunub. Bundan qəzəblənən Xanbabayeva mer Manuel Mingesə iradlarını sərt formada çatdırıb. O, düşmən münasibətin davam edəcəyi təqdirdə klubu tərk edəcəyini açıqlayıb.
Minges mətbuata açıqlamasında klub prezidentinin kobud ifadələr işlətdiyini bildirib. Onun sözlərinə görə, qayda-qanunu bərpa etmək üçün işə yerli polis müdaxilə edib. Hellin şəhərinin idman departamentinin rəhbəri Antonio Moreno isə Xanbabayevanı savadsızlıqda ittiham edib. O deyib ki, hazırda “Santa Ana” stadionunun ot örtüyündə təmir işləri gedir. Məqsəd qış aylarında meydanı yaxşı vəziyyətə gətirməkdir.
Qeyd edək ki, “Baku Hellin” komandası İspaniyanın IV liqası sayılan “Tercera” divizionunda 18-ci qrupda 15-ci yeri tutur. Klub Albasete şəhərindəki Hellin əyalətində məskunlaşıb. “Santa Ana” stadionu 3000 tamaşaçı tutumuna malikdir. 2008-2009-cu il mövsümündə Türkiyənin “Fənərbaxça” klubunda çıxış etmiş Xosiko məhz “Hellin Baku”nun yetirməsidir.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda