Azərbaycan Premyer Liqasının X turunun “Qarabağ”la oyunu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, matçın sonlarında oyuna daxil olan Akif Tağıyev ağ-yaşıl formada ilk rəsmi qarşılaşmasını keçirib.
19 yaşlı futbolçu “Xəzər Lənkəran”ın rəsmi matçlarının iştirakçısı olan 152-ci futbolçu kimi tarixə düşüb. Belə ki, bu qarşılaşmayadək komandada oynamaq 151 futbolçuya nəsib olmuşdu.
Mövsümün arxada qalan hissəsində 8 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Akifə qədər Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas bunu bacarıb. İndiyədək 92 legioner komandanın şərəfini qoruduğundan 152-ci oyunçu olan Tağıyev həm də 60-cı yerli futbolçu olub.
“Qarabağ”la qarşılaşma Akif kimi daha 3 futbolçu üçün əlamətdar olub. “Xəzər Lənkəran”ın müdafiəçisi Radomir Todorov cənub təmsilçisinin heyətində 150-ci matçına çıxıb. 2007/08 mövsümündə komandaya transfer olunan Todorov 2011-ci il istisna olmaqla “Xəzər Lənkəran”da çıxış edib. Todorov klub tarixində 150-yə çatan 5-ci oyunçu olub. Ona qədər Rahid Əmirquliyev (202), Alim Qurbanov (177), Kamran Ağayev (161), Rəşad Abdullayev (155) bunu bacarmışdı. Radomir 2007-ci il iyulun 17-də Çempionlar Liqasının Xorvatiya “Dinamo”su ilə Bakıdakı matçında (1:1) ilk dəfə “Xəzər Lənkəran” forması geyib.
Daha 2 futbolçu ağdamlılarla qarşılaşmada yubiley qeyd edib. Manuel Skarlatake “Xəzər Lənkəran”da 30-cu, Sadio Tounkara 25-ci matçını keçirib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı