AFFA İntizam Komitəsinin bu gün keçirilən növbəti iclasında Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatı və ölkə kubokunda 1/16 final mərhələsinin oyunları diqqətdən kənarda qalmayıb.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin X turunun “Simurq” – AZAL matçının 28-ci dəqiqəsində AZAL klubunun 1 nömrəli futbolçusu Elməddin Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Azərbaycan Kubokunun 1/16 final “Tərəqqi” – “Ağsu” matçının 64-cü dəqiqəsində “Tərəqqi” klubunun 15 nömrəli futbolçusu Tural Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimələnib.
Oyunun 77-ci dəqiqəsində “Ağsu” klubunun 14 nömrəli futbolçusu Emin Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, kluba 200 manat cəza kəsilib.
Azərbaycan Kubokunun 1/16 final MOİK – “Bakılı” matçının 29-cu dəqiqəsində “Bakılı” klubunun 10 nömrəli futbolçusu Rəşad Kərimovun aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
“Bakılı” klubunun prezidenti Misir Əbilov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimələnib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər