"Xəzər Lənkəran"da qol vuran 75-ci oyunçu

XƏBƏR 29 Oktyabr 2012 / 12:47 1926
-  A +

“Qarabağ”la Premyer Liqanın X turundakı oyun Dimitrios Sialmasın “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar olub.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, "Xəzər Lənkəran" tarixində fərqlənən 75-ci oyunçudur. Komandanın çempionat matçlarında isə 69-cu futbolçudur ki, qol sevinci yaşayır.
 
Sialmas “Xəzər Lənkəran” üçün qol vuran ilk yunanıstanlı legionerdir. İndiyədək komandamızda fərqlənən 27 yerli futbolçu ilə yanaşı 48 əcnəbi də rəqib qapısına yol tapıb. Onlar 20 müxtəlif ölkəni təmsil edir. Bu siyahıda 20-ci ölkə məhz Yunanıstan oldu: Rumıniya 12, Braziliya 8, Bolqarıstan, Türkiyə hərəsi 4, Albaniya, Kosta Rika, Serbiya, Portuqaliya hərəsi 2, Argentina, Fransa, Honduras, Kolumbiya, Fil Dişi Sahili, Moldova, Mali, Nigeriya, Sloveniya, Syerra Leone, Xorvatiya, Yunanıstan hərəsi 1.
 
Dimitrios 1 deyil, 2 qola imza atıb. Bu, cari mövsüm komandanın 2-ci dublu olub. Bunadək Manuel Skarlatake 1 matçda 2 qolun müəllifi olmuşdu.
 
“Xəzər Lənkəran”ın 8 illik tarixində 63-cü dublun müəllifi olan Sialmas özü üçün ilkə imza atıb. O, komandada dubl edən 34-cü futbolçu kimi tarixə düşüb. Bu 63 dubldan 42-si Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb. Yunanıstanlı dubl müəllifi olan 19-cu legioner olmaqla gəlmələrin 29-cu belə uğurunun müəllifi olub.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?