Bakının “İnter” klubu Premyer Liqanın 2012/13-cü il mövsümünün rekordçusu olub.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, X turun “Bakı” ilə keçirilən qarşılaşmasında (0:0) qol buraxmayan “bankirlər” ardıcıl 5-ci qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Kaxaber Sxadadzenin komandası sonuncu dəfə avqustun 25-də “Turan”la matçda qol buraxıb. Həmin görüşün 84-cü dəqiqəsində Georgi Lomayanı məyus edən Azər Məmmədov hələlik “İnter”in qapısına qol vuran sonuncu futbolçudur.
Mövsümün rekordu
Ardıcıl 5-ci quru oyununu keçirən “İnter” cari mövsümün “Simurq”a məxsus rekordunu arxada qoyub. Belə ki, zaqatalalılar ardıcıl 4 matçda qol buraxmamışdı. Onlar 2-5-ci turlarda qapısını toxunulmaz saxlamışdı.
Pietrzkieviç hələ də zirvədə
Lakin “Simurq” klubunun qapıçısı David Pietrzkieviçə məxsus mövsümün fərqli rekordu hələ də qırılmayıb. 380 dəqiqə boyu komandasının qapısını toxunulmaz saxlayan polşalı legionerdən fərqli “İnter”in seriyasını 1 deyil, 2 qapıçı davam etdirib. Quru oyunlardan 3-də Georgi Lomaya, 2-də Revaz Tevdoradze qapıda durub. Bu isə o deməkdir ki, son qolu buraxan Lomayanın seriyası 366 dəqiqəyə çatıb. Revaz isə hələ də ölkəmizdə qol buraxmayıb. Georginin Davidin rekordunu qırması üçün cəmi 15 dəqiqə lazımdır.
Tarixdə 3-cü dəfə
“İnter”in ardıcıl 5 oyun qapısından qol buraxmaması təkcə mövsümün deyil, həm də klubun öz rekordudur. Belə ki, nə 2004-cü ilə kimi “Xəzər Universiteti”, nə də həmin vaxtdan “İnter” olan komanda bundan artığını bacarıb. Bakılılar 2004/05 və 2007/08 mövsümlərindəki ən uzun quru seriyalarında da indiki kimi 5 matç qapısını toxunulmaz saxlayıb. 5 ildən sonra rekordunu növbəti dəfə təkrarlayan “İnter” artıq növbəti turda klub tarixinin yeni nailiyyətinə imza ata bilər.
Maraqlıdır ki, indi olduğu kimi əvvəlki 5 matçlıq seriyalar da 1 deyil, bir neçə qapıçının əməyi sayəsində mümkün olmuşdu. 2004/05 mövsümündə 19-23-cü turlarda Vitali Varivonçik və Konstantin Qusev 484, 2007/08 mövsümündə 8-12-ci oyunlarında Svilen Semyonov, Elxan Həsənov və Cahangir Həsənzadə ümumilikdə 495 dəqiqə “İnter”in qapısını “kilidləmişdi”. İndi isə bu seriya 456 dəqiqəyə bərabərdir. Dəqiqə baxımında ən uzun seriyanın müəyyənləşməsinə isə 40 dəqiqə də kifayətdir.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı