İqor Ponomaryov İsveçdədir

İqor Ponomaryov İsveçdədir
XƏBƏR 23 May 2009 / 14:40 2190
-  A +

"Xəzər-Lənkəran"ın baş məşqçisi İqor Ponomaryov Azərbaycanı tərk edib. Qol.Az-ın məlumatına görə, mövsüm başa çatdıqdan sonra komandada qalacağı dəqiqləşən Ponomaryov ailəsinə baş çəkmək üçün İsveçə yollanıb. Onun ölkəmizə nə vaxt qayıdacağı hələ məlum deyil. Hər şey bu gün keçiriləcək ölkə kubokunun finalından asılıdır. Məhz bu qarşılaşmada sonra "Xəzər-Lənkəran"ın yeni mövsümə hazırlıq planı məlum olacaq. Əgər "İnter" qalib gəlsə və "Xəzər-Lənkəran" Avroliqaya yollanası olsa, o zaman Ponomaryov ölkəmizə daha tez qayıdacaq. Əks halda isə "Xəzər-Lənkəran"ın çalışdırıcısının istirahəti bir qədər də uzanacaq.     

Son xəbərlər
27.09.24  15:09

UEFA-dan cəza