Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ”ı qəbul edəcək “Xəzər Lənkəran” tarixində 25-ci dəfə bu rəqiblə qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yubiley qarşılaşması ərəfəsində rəqiblər 22 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəliblər.
İndiyədək hərəyə 10 dəfə qalib gələn rəqiblər cəmi 4 dəfə heç-heçə ediblər. Bu tarazlığı Lənkəran şəhər stadionunda pozmağa çalışacaq “Xəzər Lənkəran” top fərqində indi də üstünlüyə malikdir. Komandaların çempionatdakı 22 oyununda "Xəzər Lənkəran" da, “Qarabağ” da 9 dəfə sevinib. Daha 4 dəfə 1 xalla ayrılan rəqiblərin oyunlarında Lənkəran təmsilçisi 27, Ağdam klubu isə 21 qol sevinci yaşayıb.
Yeganə kubok duelindəki 2 matçın hərəsində 1 komanda qalib gəlsə də, səfər qolu sayəsində mərhələ adlayan məhz “Xəzər Lənkəran” olub - 1:0 və 1:2.
“Xəzər Lənkəran”ın “Qarabağ”la bütün oyunları
| 2004/05 | 13.12.2004 | Çempionat | səfərdə | 1:3 |
| 2004/05 | 15.05.2005 | Çempionat | evdə | 3:0 |
| 2005/06 | 02.10.2005 | Çempionat | səfərdə | 1:2 |
| 2005/06 | 01.04.2006 | Çempionat | evdə | 2:0 |
| 2006/07 | 09.11.2006 | Çempionat | evdə | 2:0 |
| 2006/07 | 07.05.2007 | Çempionat | səfərdə | 4:1 |
| 2007/08 | 26.08.2007 | Çempionat | evdə | 2:0 |
| 2007/08 | 02.03.2008 | Çempionat | səfərdə | 0:2 |
| 2008/09 | 22.11.2008 | Çempionat | evdə | 1:3 |
| 2008/09 | 09.05.2009 | Çempionat | səfərdə | 0:1 |
| 2009/10 | 30.10.2009 | Çempionat | səfərdə | 0:1 |
| 2009/10 | 13.02.2010 | Çempionat | evdə | 0:0 |
| 2009/10 | 06.03.2010 | Kubok | səfərdə | 1:2 |
| 2009/10 | 17.03.2010 | Kubok | evdə | 1:0 |
| 2009/10 | 03.04.2010 | Çempionat | evdə | 2:1 |
| 2009/10 | 09.05.2010 | Çempionat | səfərdə | 1:2 |
| 2009/10 | 30.10.2010 | Çempionat | səfərdə | 1:0 |
| 2010/11 | 23.12.2010 | Çempionat | evdə | 1:2 |
| 2010/11 | 10.04.2011 | Çempionat | səfərdə | 0:0 |
| 2010/11 | 07.05.2011 | Çempionat | evdə | 1:1 |
| 2010/11 | 17.09.2011 | Çempionat | səfərdə | 1:0 |
| 2011/12 | 10.12.2011 | Çempionat | evdə | 0:0 |
| 2011/12 | 11.03.2012 | Çempionat | səfərdə | 0:1 |
| 2011/12 | 11.05.2012 | Çempionat | evdə | 4:1 |
* İki komandanın oyunlarında 3 böyükhesablı nəticə qeydə alınıb. Hər 3 halda “Xəzər Lənkəran” qələbə qazanıb: 2004/05 mövsümündə 3:0, 2006/07 mövsümündə 4:1 və ötən mövsümün son turunda da 4:1.
* “Qarabağ”la oyunlarda 96 futbolçu “Xəzər Lənkəran”ın formasını geyib.
* Rahid Əmirquliyev hamıdan çox – 18, Kamran Ağayev 16, Radomir Todorov 14 dəfə bu matçlarda iştirak edib.
* Dəqiqə etibarilə “Qarabağ”a qarşı ən çox oynayanlar da bu 3 futbolçudur. Kamran 1440, Ragid 1321, Radomir isə 1228 dəqiqə “Qarabağ”a qarşı oynayıb.
* “Xəzər Lənkəran”ın “Qarabağ”ın qapısından keçirdiyi 29 qola 18 futbolçu imza atıb.
* Samir Əliyev Ağdam təmsilçisini hamıdan çox – 4 dəfə məyus edib.
* Bu oyunlarda Mario Souza – 3, Rəşad Abdullayev, Alim Qurbanov, Emeka Opara, Zaur Ramazanov, Eder Bonfim, Edmond N'Tiamoa – hərəsi 2, İvan Tsvetkov, Adrian Pit, Kristian Martins Kabral, Junior Osvaldo, Konstantin Arbanas, Elmar Baxşıyev, Robert İlyeş, Rendal Brenes, Sadio Tounkara, Xorxe Dias – hərəsi 1 qol vurublar.
* “Qarabağ”la oyunlarda “Xəzər Lənkəran”ın 38 futbolçusu vərəqə ilə cəzalanıb.
* Onlar ümumilikdə 65 vərəqə alıblar.
* Dieqo Souza 6, Elnur Allahverdiyev 5, Alim Qurbanov isə 4 vərəqə alıb.
* Komandanın bu matçlarda meydandan qovulan 2 üzvü isə Dieqo ilə Elnurdur. Onlar hərəyə 1 qırmızı vərəqə alıblar.
* “Qarabağ”la oyunlarda “Xəzər Lənkəran”ın 4 qapıçısı iştirak edib. Kamran Ağayev 16 oyunda 11, Aleksandr Martyoşkin 4 oyunda 5, Dmitri Kramarenko 3 oyunda 6, Kamal Bayramov 1 matçda 1 qol buraxıb.
* “Xəzər Lənkəran”ın “Qarabağ”la oyunlarında 3 penalti təyin olunub. İvan Svetkov komandamızın yeganə şansından yararlana bilib.
* Rəqibin zərbələrini isə Kamran Ağayevlə Aleksandr Martyoşkin buraxıb.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi