"Yaxşı və maraqlı oyun oldu. İlk dəqiqələrdən hücum etdik. Təəssüf ki, ilk hissənin sonlarına yaxın hücum xəttində ötürmələrdə səhvlərə yol verirdik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Bakı" ilə keçirilən oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis bu görüşdə qalib gəlmək istədiklərini bildirib: “Bakı” komandasının təhlükəli hücumçuları var. Oyun boyu bir neçə yüz faizlik qol epizodu yaratsaq da, bunlardan yararlana bilmədik. Bəlkə də, bu artıq sizi də bezdirir.
Qol epizodlarının üzərində məşq zamanı çox çalışırıq, lakin oyunda həyata keçirə bilmirik. Bugünkü oyunda qalib gəlmək istəyirdik, lakin heç-heçə oldu, məğlub olmadıq. Qarşıda bizi iki çətin oyun gözləyir, bu oyunlara yaxşı hazırlaşıb xal itirməməyə çalışacağıq”.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start