"Çelsi" klubunun kapitanı Con Terri qışda İngiltərəni tərk edə bilər.
Qol.Az-ın məlumatına görə, bu barədə futbolçunun meneceri Frankois Qallardo açıqlama verib.
Qallardonun sözlərinə görə, Terri "Valensiya"nın təklifini müsbət qarşılayıb: "Terrinin irqçiliklə bağlı İngiltərədə işləri heç də yolunda getmir. Təbii ki, bu uğursuzluq "Çelsi"dəki çıxışına da təsirsiz ötüşmür. Ona görə də futbolçunun "Çelsi"dən ayrılması gündəmdədir. O, "Valensiya"dan təklif alıb və danışıqlar davam edir. Razılıq əldə olunarsa, Terri ilə müqavilə imzalanacaq".
Qeyd edək ki, "Valensiya" Terri ilə 1,5 illik müqavilə imzalamaq niyyətindədir.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da