“Rusiya çempionatının səviyyəsi bizimkindən qat-qat üstündür. “Rubin” daxili çempionatda ən azı Avroliqaya vəsiqə qazanmaq üçün oynayır. Sonra isə komandanın vəzifəsi Avroliqanın qrup mərhələsindən çıxmaqdır. Lakin “Neftçi” bu gün heç nədən çəkinməyərək öz oyununu oynamalıdır. Necə ki, bunu səfərdə “Partizan”la görüşdə etmişdi”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov bu gün Avropa Liqasının qrup mərhələsində “Rubin”ə qarşı keçiriləcək oyun haqda danışarkən deyib.
Rəqib haqda fikirərini açıqlayan A.Mircavdov bunları söyləyib: “Rubin” kollektiv oyuna üstünlük verir. Onların baş məşqçisi hətta fərdi oynaya bilən lider futbolçularını da komanda üçün oynamağa vadar edir. Yəni, təkcə fərdi oyuna üstünlük vermirlər. Onların üstünlükləri orta və hücum xəttinin inamlı çıxışıdırı. Hücuma keçərkən 2-5-5 taktiki sxemdən istifadə edirlər. Zəif nöqtələri isə müdafiələridir. Onlar müdafiə olunan zaman mövqe səhvlərinə tez-tez yol verirlər. “Neftçi” bundan istifadə etməlidir. Həmçinin təmsilçimiz rəqibin heyətində çıxış edən futbolçu Yarmolenkonu nəzarətdə saxlamalıdır. Demək olar ki, bu futbolçu istənilən mövqedə uğurlu çıxış edə bilir. Bir sözlə, komandanı öz arxasınca aparmağı bacarır”.
A.Mircavadovun fikrincə, “Neftçi” bu gün ilk növbədə topla işləməyi yaxşı bacarmalıdır: “Komandamız bunu pis bacarmır. Onlar bacardıqları qədər az top itkisinə yol verməlidir. Oyunlarını sürətli və texnikalı futbolçularının üzərində qurmalıdırlar. Onların necə lider futbolçu olduqları bugünkü yunda bilinəcək”.
Əməkdar məşqçi hesab edir ki, “Neftçi” müdafiədə tez-tez mövqe səhvləri edir: “Əgər belə ciddi səhvlər etməsələr, soyuqqanlı olmasalar, yaxşı nəticə gözləmək olar. Həmçinin müdafiəçilərimiz öz mövqelərindən lazımı anda hücumlara atılmalıdırlar. Yersiz yerə mövqelərini tərk etməməlidirlər. Bu halda uğur gözləməyə dəyər”.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da