“Sabah biz evdə oynayacağıq. Doğma meydan amilindən də yararlanaraq, qələbə qazanmaq istəyirik. Ona görə də hücum futbolu sərgiləyəcəyik. Lakin lazım olduqda oyunumuzu dəyişəcəyik”.
Qol.Az-ın məlumatına görə, bunu Rusiyanın “Rubin” klubunun futbolçusu Alan Kasayev “Neftçi” ilə Avropa Liqasında oktyabrın 25-də keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.
26 yaşlı yarımmüdafiəçi bildirib ki, lazım olduqda hücum etmələri, ehtiyac duyulduqda isə müdafiəyə üstünlük vermələrində problem olmayacaq. Kasayev “Neftçi” ilə matçın keçəcəyini bildirsə də, məğlubiyyət haqda düşünmədiklərini açıqlayıb: “İndidən udub-uduzacağımızı deyə bilmərəm. Matç çətin keçəcək. Amma biz özümüzü narahat hiss etməməliyik. Məğlubiyyətimizi faciə kimi qəbul edəcəyik? Bu haqda heç düşünmürük. Sabah hər şey bilinəcək”.
Rusiyalı jurnalistlərdən birinin “Komandanız Rusiyanı təmsil edir, yoxsa özü üçün oynayır?” sualı şimali osetiyalı futbolçunu özündən çıxarıb: “Biz Rusiyanı təmsil edirik. Başa düşmürəm, siz başqa nə cavab gözləyirdiniz?”.
Qeyd edək ki, Kazan şəhər Mərkəzi stadionunda keçiriləcək “Rubin” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da