"Çelsi" klubunun qapıçısı Peter Çex Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Şaxtyor" (Ukrayna) komandasına məğlubiyyəti şərh edib.
Qol.Az-ın məlumatına görə, çexiyalı qolkiper komandasının bu məğlubiyyətdən dərs çıxardığını bildirib:
"Bunu söyləmək istəməzdim. Ancaq "Şaxtyor" bizdən yaxşı oynadı. Rəqibin əks-hücumda yaxşı oynadıqlarını bilirdik. Erkən qolla böyük üstünlük əldə etdilər. Biz oyuna yaxşı başlamalı idik. Lakin alınmadı. Bu məğlubiyyət bizə dərs oldu. Artıq həmin görüşü unudaraq qarşıdakı oyunlara hazırlaşmalıyıq".
Qeyd edək ki, "Şaxtyor" - "Çelsi" matçı 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da