Sabah Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Kazanda “Rubin”in qonağı olacaq Bakının “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın Kazana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Hacıyev görüşlə bağlı sualları cavablandırıb.
- Komandanızı oyuna hazır saymaq olar?
- Bilirsiniz ki, “Kəpəz”lə oyundan sonra bir gün istirahət elədik və bundan sonra bütün fikrimizi “Rubin”lə oyuna yönəltdik. Çalışdıq ki, oyuna tam hazır olaq.
- “Neftçi”dən fərqli olaraq, “Rubin”in daxili arenadakı işləri heç də yaxşı getmir. Bu, nə dərəcədə “Neftçi”nin işinə yaraya bilər?
- İstənilən halda, “Rubin” güclü komandadır, ikiqat Rusiya çempionudur. Qurban Berdiyev çox gözəl komanda formalaşdırıb.
- Bu gün məlum oldu ki, “Neftçi” oyunöncəsi tamamilə açıq məşq keçəcək. “Neftçi” bütün məşqlərini mətbuata açıq şəraitdə keçir. Bu sizi qorxutmur ki, “Rubin” tərəfi sizin taktiki gedişlərinizi götürə bilər?
- “Neftçi” heç vaxt qapalı məşq keçməyib. Əksinə hara gəlirsən, gərək yerli mətbuata öz məşqini göstərəsən. Vaxtilə mən özüm bu şəhərdə, bu stadionda ”Rubin”ə qarşı çox oynamışam. Eləcə də komandanın hazırkı baş məşqçisi Qurban Berdiyevə qarşı. Amma indi dövr dəyişib. Bununla belə tam məsuliyyətlə deyirəm ki, “Neftçi” bura qələbə dalınca gəlib. Mən “Rubin”i “Neftçi”dən yaxşı tanıyıram.
- “Neftçi”nin heyətində bir sıra Cənubi Amerikadan olan futbolçular çıxış edir. Yəni, soyuq havada oynamağa öyrəşməyiblər. Bununla bağlı hər hansı hazırlıq planınız varmı?
- Bu gün Böyükağa Hacıyev təbiətlə mübarizə aparmaq iqtidarında deyil. Amma düşünürəm ki, bir məşqdən sonra həmin futbolçular da Kazanın hava şəraitinə uyğunlaşacaq.
- Bir müddət öncə Moskvada Rusiya ilə Azərbaycan millilərinin qarşılaşması oldu. “Rubin” - “Neftçi” matçını həmin oyunun davamı saymaq olar?
- Bir şeyi unutmayın ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts, “Neftçi”nin baş məşqçisi isə Böyükağa Hacıyevdir. Mən “Neftçi”də çalışdığım il yarım müddətində hələ müdafiədən futbol oynatmamışam. Ümumiyyətlə, mən qorxaq kişiləri xoşlamıram. Kişi əgər bu adı daşıyırsa, qorxaq olmamalıdı. Çünki bu ad böyük hıərflə yazılır. O, qadından məhz bununla fərqlənir.
- O zaman necə düşünürsünüz, Kurban Berdıyevin, yoxsa “İnter”in baş məşqçisi Andrea Stramaççoninin adı böyük hərflə yazılmalıdır?
- Birmənalı şəkildə Berdıyev. Onu Stramaççoni ilə müqayisə etmək mümkün deyil. Bir adam bir klubda 12 il məşqçi işləyirsə, onu yalnız Aleks Ferqyusonla müqayisə etmək olar.
Anar XANLAROV, Kazan
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu