Sabah Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində evdə “Neftçi”ni qəbul edəcək Kazanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdiyev mətbuat konfransı keçirib. Qol.Az-ın Tatarıstana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, K.Berdıyev yerli və azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb
- MOİK-lə oyunda zədələn Sergey Rıjkov özünü necə hiss edir?
- O, artıq komanda ilə bir yerdədir və məşqdə iştirak edir.
- Ardıcıl məğlubiyyətlərdən sonra “Rubin”in psixoloji durumu necədir?
- Mən daha öncə də demişdim ki, biz bir yarışdan digərinə keçməyi bacarırıq. İnanıram ki, Avropa Liqasında daha yaxşı çıxış edəcəyik.
- “Neftçi” haqqında nə deyə bilərsiniz? Onların hansı oyununu izləmisiniz?
- Yaxşı komandadır. Oyunlarını izləmişik, bunun üçün nümayəndəmizi də göndərmişdik. Bir sözlə, rəqibi ətraflı təhılil etmişik.
- “Neftçi”nin heyətində kimlərdən çəkinirsiniz?
- “Neftçi” kollektiv komandadır. Bu mənada kimisə fərqləndirmək istəməzim.
- Həm müsəlman, həm də türk olduğunuz üçün sizə Azərbaycanda böyük hörmət var. Bundan xəbəriniz varmı? İkinci sual... Öz dövrünüzdə Aşqabadın “Kolkozçu” komandasında oynamısınız. “Neftçi”nin hazırkı baş məşqçisi Böyükağa Hacıyev də o vaxt “Araz”da oynayıb. Onunla üz-üzə gəldiyiniz qarşılaşmaları necə xatırlayırsınız?
- Həmin oyunları xatırlayıram. O dövrdə oynayan azərbaycanlı futbolçulara xüsusi hörmətim var. Ümumiyyətlə, Azərbaycanda çoxlu dostlarım yaşayır. “Eurovision” ərəfəsində məni də Bakıya dəvət etmişdilər. Getdim gəzdim. Deyim ki, müsbət mənada çox böyük dəyişiklik var.
- Deyilənə görə, bir vaxtlar sizə Azərbaycan millisinin baş məşqçisi vəzifəsində işləmək təklif olunub.
- Yox, elə bir şey olmayıb.
- “Rubin” tarixi ərzində heç vaxt “Neftçi”yə qalib gələ bilməyib. Bu, sizin üçün hansısa əhəmiyyət daşıyır?
- Yox, heç bir əhəmiyyət daşımır.
- “Neftçi”nin güclü tərəflərindən danışdınız. Bəs zəif zəhətləri haqqında nə deyə bilərsiniz?
- Hər bir komandanın zəif cəhətləri olur. “Neftçi”nin də, “Barselona”nın da.
- Bizdə olan məlumata görə, Azərbaycan millisinin üzvü Ruslan Abışov yay hazırlıq dönəmində “Rubin”in düşərgəsində olmuş, amma son anda transfer baş tutmamışdı. Bunun səbəbini izah edə bilərsiniz?
- “Neftçi” ilə matç öncəsi bu haqda danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Ruslan Abışov yüksək səviyyəli futbolçudur və bizim də çox xoşumuza gəlir.
- Artıq ehtiyatınızda dörd xal var. Sabahkı oyunda da qalib gələcəyiniz tədqirdə demək olarmı ki, növbəti mərhələyə vəsiqə şansınız xeyli artacaq?
- Mən hazırda hansısa qələbədən danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, bizi çox çətin oyun gözləyir.
- “Neftçi” APOEL kimi komandanı keçib qrup mərhələsinə vəsiqə qazanıb ki, bu da komandanın gücündən xəbər verir. Bu məqam sizi narahat edirmi?
- “Neftçi” APOEL-i layiqli olaraq məğlub edib qrup mərhələsinə vəsiqə qazandı. Bu, onların gücündən xəbər verir. O ki qaldı bizim son oyunlarda qol vura bilməməyimizə, bu problemin də yoluna düşəcəyinə inanıram.
Anar XANLAROV, Kazan
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya