"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu axşam qarşılaşacaqları "Borussiya" (Dortmund) oyunu haqda danışıb.
Qol.Az-ın məlumtına görə, klubun rəsmi saytına danışan Kasilyas Almaniyada oynamağın çox çətin olduğunu bildirib:
"Almaniyada 12 il bundan öncə "Bayer" (Leverkuzen) klubuna qarşı oynamışdıq. Onları çətinliklə 3:2 hesabı ilə məğlub etmişdik. Ümumiyyətlə Almaniyada oynamaq hər zaman çətindir. Bununla belə, bu axşam maraqlı görüş olacağını söyləmək olar. Rəqibin gözəl stadionu və möhtəşəm azarkeşləri var. Lakin biz bu oyunda da qələbə qazanmaqla qrupdan çıxmaq yolunda önəmli addım atmaq istəyirik. "Borussiya" Bundesliqada uğursuz çıxış etsə də, bizə qarşı yüksək səviyyədə oynayacaqlarına əminəm".
Qeyd edək ki, "Borussiya" - "Real" matçı bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da