"Mançester Yunayted" klubunun baş məşqçisi Ser Aleks Fergüsson "Braqa" ilə oyunda 2 qola imza atan Xavyer Hernandez haqda xoş sözlər deyib.
Qol.Az-ın məlumatına görə, şotlandiyalı mütəxəssis "Çikarikto" ləqəbli futbolçunun günü-gündən daha da artırdığını bildirib:
"Hernandez getdikcə artırır. O, "Braqa" ilə oyunda möhtəşəm idi. Məşqlərdə də çox həvəslidir. Çıxışı ilə məni bir daha düşünməyə vadar etdi. Artıq Van Persi, Uelbek, Runi və Hernandez kimi hücumçulardan hansını oyuna buraxacağımı bilmirəm. Bu sual başımı çox ağrıdır".
Qeyd edək ki, ÇL-in qrup mərhələsi çərçivəsində keçirilən "Mançester Yunayted" - "Braqa" matçı 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da