"Məlum olduğu kimi "Bakı" ilə oyunda sol dizimə zərbə dəydi. Mən ümumiyyətlə mübarizədən qaçan biri deyiləm. Həkimlər ilkin müdaxiləni etsələr də, oyuna davam edə bilmədim. Halbuki, bunu çox istəyirdim".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifov klubun rəsmi saytına açıqlamasında deyib.
N.Yusifov zədəsinin ciddi olmadığını bildirib: "Mənim yerimə oyuna daxil olan Emin yaxşı futbolla yadda qaldı. Zədəm isə şükür ki, ciddi olmadı. Zərbə deyən yer şişmişdi. Artıq şiş çəkilib. Dünən axşamkı çalışmada yüngül hərəkətlərə başladım. Hər halda sabah tam gücümlə məşqə edə bilərəm. Baş məşqçimiz şans verəcəyi təqdirdə "Xəzər Lənkəran"la oyuna çıxa biləcəyəm.
Lənkəranlılarla oyun həm çətin, həm də maraqlı olacaq. Düzdü, çoxları deyir ki, Yunis Hüseynovun yetirmələri bu mövsüm özünə bənzəmir. Amma hiss olunur ki, nəsə etməyə çalışırlar. "Qəbələ"ylə oyunlarını izlədim. Pis təsir bağışlamadılar. Bizim də zədəlilər var. Amma biz də oyuna 3 xal üçün çıxacağıq".
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da