İngiltərənin "Mançester Yunayted" klubu yenidən diqqətini Dortmund "Borussiya"sına yönəldib.
Qol.Az-ın Britaniya mətbuartına istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi son Almaniya çempionunun hücumçusu Robert Levandovskini transfer etməyi planlaşdırır.
"Arsenal"dan Robin Van Persini transfer edən "Mançester Yunayted" polşalı futbolçunun heyətinə qatmaqda israrlıdır. "Qırmızı şeytanlar"la yanaşı, digər ingilis təmsilçisi "Çelsi" də Levandovskini transfer etmək istəyir.
London təmsilçisi 23 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 13 milyon avro təklif edib. Lakin futbolçunun meneceri Maik Barthel isə Levandovskinin məhz "Borussiya"da qalmaq istədiyini bildirib. Bununla belə, ingilis klublarının yüksək məbləğ təklif edəcəyi təqdirdə Polşa millisinin futbolçusunun "Borussiya"dan ayrılacağı istisna olunmur.
Qeyd edək ki, Levandovski ötən mövsüm "Borussiya"nın heyətində keçirdiyi 74 oyunda 33 dəfə rəqib qapılarına yol tapıb.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da