Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşacaq “Sumqayıt” klubu hazırlığını davam etdirir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gün ərzində iki dəfə olmaqla məşq edən komandanın heyətində itkilər diqqət çəkir.
Zədəli olan Xəyal Mustafayev və Uğur Pamuk fərdi məşqlərlə kifayətlənir. Orxan Əliyev isə U-19-un heyətində olduğu üçün “Kəpəz”lə görüşdə iştirak edə bilməyəcək. Qapıçı Elçin Sadıqov isə zədəsini sağaldaraq komandaya qoşulub.
Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” oyunu oktyabrın 26-da, Gəncə şəhər stadionunda baş tutacaq.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da