Oktyabrın 25-də Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində səfərdə “Rubin”lə qarşılaşacaq “Neftçi” bu gün Kazan hava limanına düşən kimi problemlə üzləşib.
Qol.Az-ın Tatarıstana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, hava limanınn işçiləri pasport yoxlanışı zamanı bəzi futbolçularımızın sənədlərini saxlayaraq, müəyyən qədər yubadıblar.
“Neftçi”nin syerra-leoneli futbolçusu Julios Vobay isə sözün əsl mənasında problemlə üzləşib. Onun sənədini götürən qeydiyyat şöbəsinin əməkdaşı müxtəlif bəhanələrlə oraya möhür vurmaqdan imtina edib. Futbolçu özü isə təxminən yarım saat hava limanında saxlanılıb.
Məsələyə qarışan “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov hava limanının rəsmi nümayəndəsinə kəskin etirazını bildirib. O, hətta “problem yaradırsınıza, birbaşa hava limanından Bakıya qayıda bilərik” ifadəsini də işlədib. Yalnız bundan bir qədər sonra Vobayın sənədi özünə qaytarılıb və futbolçu kollektivə qoşulub.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da