Azərbaycan Premyer Liqasının IX turunda “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edən “Xəzər Lənkəran” mövsümdə ilk dəfə penalti vurub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib qapısına təyin olunan zərbəni dəqiq yerinə yetirən Roberto Alviz nəinki 2012/13 mövsümündə, ümumiyyətlə 2012-ci ildə komandaya verilən ilk şansı dəyərləndirib.
Belə ki, “Xəzər Lənkəran” sonuncu dəfə ötən il 11 metrlik zərbə vurmaq imkanı qazanmışdı. Bu, ötən il dekabrın 21-də baş vermişdi. Premyer Liqanın XVIII turunun “Bakı” ilə oyununda Branimir Subaşiç dəqiq olmaqla 3:0 hesablı qələbənin təməlini ilk qolla qoymuşdu. “Xəzər Lənkəran” bu dəfəki penaltini 305 gün gözləməli olmuşdu.
Ümumilikdə isə “Xəzər Lənkəran” yarandığı gündən müxtəlif turnirlərdə 32 penalti zərbəsi vurub. Oyunsonrası penaltilər seriyaları nəzərə alınmamaqla hesablanan bu 32 zərbədən yalnız 4-ü dəqiq olmayıb. “Qəbələ” ilə oyuna təsadüf edən 32-ci penalti 28-ci qolun vurulması ilə nəticələnib. İlk dəfə belə imkan qazanan Alviz “Xəzər Lənkəran”da penalti vuran 15-ci oyunçu olub.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da