Azərbaycan Premyer Liqasının IX turunda “Xəzər Lənkəran”la səfərdəki 1:1 hesablı bərabərlik "Qəbələ"nin ardıcıl 3-cü heç-heçəsi olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ramiz Məmmədovun baş məşqçi təyin olunmasından sonra bütün matçlarında bərabərliyə nail olan “Qəbələ” səfərdə iki dəfə heç-heçə (1:1, 0:0) oynayıb.
Bu, klub tarixində 3-cü belə hadisədir ki, komanda 3 heç-heçəni sıralayır. 2005/06 mövsümündə hələ 1-ci dəstədə oynadığı vaxt 2 çempionat və kubok görüşündə “Qəbələ” 3 heç-heçə etmişdi. 2009/10 mövsümündə isə elə Ramiz Məmmədovun rəhbərliyi altında 3 Premyer Liqa görüşü 1:1 hesabı ilə nəticələnmişdi.
- “Qəbələ” klub tarixində 60-cı dəfə meydanı heç-heçə ilə tərk edib. İndiyədək 241 matç keçirən komandanın hesabında 103 qələbə və 78 məğlubiyyət də var.
- Klub tarixində 120-ci səfər matçını keçirib. Bu qarşılaşmalarda 39 qələbəsi olan “Qəbələ” 32 heç-heçə edib və 49 dəfə uduzub. Top fərqi 133-152-dir.
- Premyer Liqada 25-ci səfər heç-heçəsini edən “Qəbələ” rəqib meydanlarında 90-cı qolunu vurub. Səfərdə baş tutan 91 çempionat oyununda 25 qələbə və 41 məğlubiyyəti olan komanda 125 top buraxıb.
- Ramiz Məmmədovun rəhbərliyi altında 103-cü çempionat matçına çıxan komanda 25-ci heç-heçəsini edib.
- Viktor Mendi “Qəbələ”də 40-cı oyununu keçirdi. O, bu səddi arxada qoyan 31-ci futbolçu olub.
- Yannik Kamanan 25-ci matçına çıxdı. O, ən azı bu qədər qarşılaşmaya çıxan 50-ci oyunçu olub.
- Kamanan cari mövsümdə ilk qolunu vurub. O, sonuncu dəfə ötən mövsümün 30-cu turunda – aprelin 29-da “Bakı” ilə ev qarşılaşmasında qol vurmuşdu. Kamanan ötən mövsümün son 2 və cari çempionatın ilk 8 qarşılaşmasında 10 matçlıq “sükutu”nu pozub. O, 175 gündən sonra fərqlənib. Maraqlıdır ki, ötən tur digər hücumçu Viktor Mendi 152 günlük uğursuz seriyaya son qoymuşdu.
- Elə Mendi kimi Kamanan da qol həsrətini bitirməklə “Qəbələ”də 10-cu topunu vurub. O, ən azı 10 qol vuran 10-cu futbolçu kimi tarixə düşüb: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı – hərəsi 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Paulo Hilario, Viktor Mendi, Yannik Kamanan – hərəsi 10.
- Bütün qollarını çempionatda vuran Yannik komandanın Premyer Liqada 4-cü bombardiridir: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – hərəsi 11, Yannik Kamanan – 10.
- Bruno da Silva Premyer Liqada 50-ci dəfə “Qəbələ”nin şərəfini qoruyub. O, buna nail olan 13-cü futbolçudur: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya, Vurğun Hüseynov – hərəsi 60, Milan Antiç – 54, Azər Həşimov – 53, Kristian Torres – 52, Nodar Məmmədov, Yaşar Abuzərov – hərəsi 51, Bruno da Silva, Stiv Olfers – hərəsi 50.
- Luiz Hilario Premyer Liqada 40-cı, Ürfan Abbasov 20-ci dəfə “Qəbələ” formasında meydana çıxıb.
- Bu matçda “Qəbələ”nin qapısına təyin olunan penalti klub tarixində 18-ci belə cəza olub. Bu zərbələrdən 14-ü qolla nəticələnib. Premyer Liqa matçlarında isə rəqiblər 14 zərbədən 11-dən istifadə ediblər.
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
"Beşiktaş" "Marsel"lə üz-üzə - Avroliqada 9 oyun
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da