UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin “Rubin” – “Neftçi” oyunu öncəsi statistik yazı hazırlayıb.
Qol.Az-ın məlumatına görə, yazıda bu iki komandanın indiyədək qitə miqyaslı yarışlarda üz-üzə gəlmədiyi qeyd edilib. “Bu, Avrokuboklarda Kazan təmsilçisinin “Neftçi” ilə ilk oyunu olacaq” – deyə yazıda vurğulanır.
Həmçinin xatırladılır ki, “Neftçi” UEFA turnirində bir dəfə Rusiya klubu ilə üz-üzə gəlib. 2004/05 mövsümündə “Neftçi” Moskva SSKA-sı ilə qarşılaşıb. Azərbaycandakı görüş 0:0 hesabı ilə yekunlaşıb, Rusiyadakı matçda isə “hərbçilər” 2:0 hesabı ilə qalib gəliblər.
SSRİ dönəmində isə “Rubin”lə “Neftçi” bir neçə dəfə üz-üzə gəliblər. 1975 və 1976-cı illərdə hər iki komanda ümummittifaq çempionatının birinci dəstəsində dörd dəfə qarşılaşıblar. “Neftçi” üç oyunda qalib gəlib, bir görüş isə heç-heçə yekunlaşıb.:
5:2, 13 iyun, 1975, Bakı
4:2, 8 sentyabr, 1976, Bakı
1:1, 5 may, 1975, Kazan
2:1, 24 may, 1976, Kazan
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda