Bahadır Nəsimov məşqlərə başladı

Bahadır Nəsimov məşqlərə başladı
XƏBƏR 22 Oktyabr 2012 / 11:08 1737
-  A +

“Neftçi”nin hücumçusu Bahadır Nəsimov dünəndən etibarən komandanın ümumi məşqlərinə qoşulub. Bu haqda Qol.Az-ın klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Zədəsi səbəbindən uzun müddətdir ki, yaşıl meydanlardan kənarda qalan özbəkistanlı futbolçu bu yaxınlarda Almaniyada müayinə və müalicədə olub.

B.Nəsimov məşqləri bərpa etsə də, formasından uzaq olduğu üçün “Rubin”lə oktyabrın 25-də keçiriləcək Avropa Liqasının görüşündə iştirak edə bilməyəcək.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?