"Adana Demirspor" Cavid Hüseynovsuz qələbə qazandı

XƏBƏR 22 Oktyabr 2012 / 02:45 1486
-  A +

Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Demirspor” klubu ötən gün Türkiyə aşağı liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Adana təmsilçisi VIII tur çərçivəsində evdə “Manisaspor”u qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Rəqibini 2 cavabsız qolla məğlub edən "Adana Demirspor" xalını 11-ə yüksəldib.

Qeyd edək ki, Cavid Hüseynov bu oyunda iştirak etməyib. Futbolçumuz heç matçın ilk "18-liy"inə də daxil edilməyib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner