Aleks meydançaya vertolyotla gəldi (FOTO)

Aleks meydançaya vertolyotla gəldi (FOTO)
XƏBƏR 20 Oktyabr 2012 / 13:05 1945
-  A +

Bir neçə gün əvvəl İstanbulun “Fənərbaxça” klubunu qalmaqallı şəkildə tərk edən məşhur Futbolçu Aleks de Souza vətəni Braziliyada yeni klubla anlaşıb.

Qol.Az-ın məlumatına görə, 8 il ərzində “Fənərbaxça” forması geyinmiş ulduz oyunçu doğma komandası “Koritiba” ilə rəsmi müqavilə imzalayıb.
 
İmzalanma mərasiminə futbolçu xüsusi vertolyotla gəlib. O, 20 nömrəli forma ilə minlərlə azarkeşin qarşısına çıxıb və “Koritiba”da olmaqdan qürur duyduğunu deyib.

Əvvəllər “Qalatasaray”da oynamış və hazırda “Koritiba”da çıxış edən Kassio Linkoln isə geydiyi 10 nömrəli formanı Aleksə verə biləcəyini və bundan şərəf duyacağını bildirib.

Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır