Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Samet Aybaba portuqaliyalı futbolçu Rikardo Quarejmanın məşqi izləməsinə də qadağa qoyub.
Qol.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis komandada arzuolunmaz adam elan olunan Quarejmanı tribunadan qovub.
29 yaşlı yarımmüdafiəçi klubun bazasına boynundakı ağrıları ilə əlaqədar gəlib. O, tibbi müayinə keçib və bu zaman məşqə çıxan “ağ-qaralar”ın məşqini izləmək istəyib. Quarejma əvvəlcə klubdakı həmyerlisi Uqu Almeyda ilə görüşüb. Ardından futbolçu meydanın kənarındakı tribunada oturub.
Bu zaman onu görən Aybaba qəzəblənib. O, klubun mühafizəçilərinə “Bunun burada nə işi var? Qalxıb getsin” əmrini verib. Mühafizəçilər Quarejmaya göstərişi mədəni formada çatdırıblar. Portuqaliyalı ulduz isə heç bir etiraz etmədən bazanı tərk edib.
Qeyd edək ki, Rikardo Quarejma bir müddət öncə “Beşiktaş”ın əsas heyətindən kənarlaşdırılıb. Lakin onun klubla müqaviləsi davam etdiyindən, hər ay 375 min avro maaş alır.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı