“Ramiz Məmmədovun gəlişindən sonra komandamızda oyun taktikası baxımından dəyişikliklər hiss olunur. Futbolçularımızda qələbə qazanmaq istəyi daha da artıb. Ramiz müəllim bizimlə söhbətində daha çox hücum futbolu, həmçinin daha sərt oynamağı tələb edir”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Qəbələ”nin futbolçusu Vurğun Hüseynov “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri Premyer Liqanın doqquzuncu turunun oyunu haqda danışarkən deyib.
“Hər kəs bilir ki, “Xəzər Lənkəran” doğma meydanda daha yaxşı oynayır. Hər iki komandanın turnir cədvəlindəki mövqeyi elə də yaxşı deyil. Fikrimcə, Lənkərandan bizə sərf edən nəticə ilə qayıda bilərik. Çünki buna nail olmağa gücümüz var” – deyə o qeyd edib.
Vurğun Hüseynov zədəsi səbəbindən bu görüşdə iştirak edə bilməyəcək. O qeyd edib ki, bu problem səbəbindən komandanın məşqlərinə qoşula bilmir: “Oktyabrın 23-ü Almaniyaya müalicəyə gedəcəyəm. Bundan sonra həkimin təyin etdiyi proqrama uyğun məşqlərimə davam edəcəyəm. Tez müddətdə zədəmi sağaldıb komandama daha çox xeyir vermək üçün əlimdən gələni etmək istəyirəm”.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı