Rusiya Futbol İttifaqının (RFİ) Nizam-İntizam Komitəsi “Rubin” klubunun müdafiəçisi Sesar Navası 7 oyunluq diskvalifikasiya edib.
Qol.Az-ın məlumatına görə, ispaniyalı oyunçu Rusiya Premyer Liqasının XI tur matçında “Amkar”ın futbolçusu Martin Yakubkonu bilərəkdən zədələməsi səbəbindən cəzalandırılıb.
“Amkar”ın 1:0 hesabı ilə qalib gəldiyi görüşün 70-ci dəqiqəsində Yakubko “Rubin”in müdafiəçisi Salvatore Bokkettiyə qarşı kobudluq edib. Komanda yoldaşının köməyinə gələn Navas hücumçunun sifətinə dizi ilə zərbə endirərək, onun çənəsini sındırıb. Baş hakim Vladislav Bezborodov epizodu görmədiyindən, xəsarət yetirən oyunçuya hətta sarı vərəqə də göstərməyib.
Bundan sonra Navas “Rubin”in rəsmi saytı vasitəsilə Yakubkodan üzr istəyib. Lakin RFİ onun cəzasını yüngülləşdirməyib.
Qeyd edək ki, “Rubin” rəhbərliyinin də Sesar Navası cəzalandırıb-cəzalandırmayacağı bilinmir. Bu hal baş versə, Navas Kazan komandasının “Neftçi” ilə oktyabrın 25-də keçirəcəyi Avropa Liqası matçını buraxacaq.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı