İsveç milli komandasının və Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç 29 yaşdan yuxarı futbolçulara verilən “Golden Foot” (“Qızıl ayaq”) mükafatının sahibi olub.
Qol.Az-ın məlumatına görə, Monakoda keçirilmiş təntənəli mərasimdə ona mükafatı əfsanəvi braziliyalı veteran futbolçu Pele təqdim edib.
31 yaşlı forvardın əsas rəqibləri İngiltərənin “Çelsi” klubunun sabiq qolçusu Didye Droqba, hazırda İtaliya “Yuventus”unda çıxış edən Andrea Pirlo və Qətər “Əl-Sədd”indən Raul Qonsales olub. Monakodakı xüsusi xiyabana “Milan”ın sabiq müdafiəçisi Franko Barezi, “Mançester Yunayted”in eks-forvardı Erik Kantona və “Bavariya”nın keçmiş müdafiəçisi Lotar Matteusun da izləri qoyulub.
Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində İsveçin “Malmö”, Hollandiyanın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter” və “Milan”, İspaniyanın “Barselona” komandalarında oynayıb. O, 8 mövsüm ərzində təmsil etdiyi ölkələrin çempionu olaraq, unikal nailiyyətə imza atıb. İbrahimoviç karyerası ərzində 510 matçda 249 qol vurub.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı