Mixael Ballak İspaniyada həbs olundu

Mixael Ballak İspaniyada həbs olundu
XƏBƏR 18 Oktyabr 2012 / 16:56 2714
-  A +

Bir müddət öncə futbolçu karyerasını başa vurmuş Mixael Ballak İspaniyada həbs edilib.

Qol.Az-ın məlumatına görə, buna 36 yaşlı futbolçunun maşını ilə sürət həddini aşması səbəb olub.

İspaniyada yollarında maksimum sürət həddi saatda 120 km olduğu halda Ballak saatda 211 km sürətlə hərəkət edərək radara düşüb. Yol polislərini təhdid etdiyi üçün həbs olunan sabiq futbolçunun bu axşam məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Qeyd edək ki, Ballakın son klubu Leverkuzenin "Bayer" klubu olub. Təcrübəli futbolçu Almaniya millisinin heyətində keçirdiyi 98 oyunda 42 qola imza atıb.


Son xəbərlər