Azərbaycan milli komandasının sabiq kapitanı Aslan Kərimov Qol.Az saytına müsahibəsində "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində yığmamızın dünən Rusiya ilə keçirdiyi oyunu dəyərləndirib:
- Milli komandamızın Rusiyaya qarşı dünənki oyununu stadiondan canlı olaraq izləyirdiniz. Oyun barəsində nə deyə bilərsiniz?
- Fikrimcə, milli komandamız pis təsir bağışlamadı. Futbolçularmız rəqibə qarşı mübarizə apardılar. Çox təəssüf ki, son dəqiqələrdə buraxdığımız səhv məğlubiyyətə gətirib çıxardı. Hesab edirəm Rusiya millisi zəif komanda deyil. Sadəcə, onların bizə az da olsa yuxarıdan aşağı baxdığı hiss olunurdu.
- Rusiyaya qarşı oyunda yarımmüdafiyə və hücum xəttimizin “dişsizliyi”ilə yadda qaldığını gördük...
- Demək olmaz ki, hansısa futbolçu zəif oynadı. Bildiyimiz kimi, meydançada mövqelər bir-birindən asılıdır. Yarımmüdafiə xətti zəif çıxış edirsə, bu, hücumçulara da təsir edir. Hücumda Sübaşiç nəsə etməyə çalışırdı, amma yarımmüdafiəçilərdən istənilən dəstəyi ala bilmədiyinə görə çətinlik çəkirdi. Tam razıyam ki, orta xətt oyunçularımız heç də ürəkaçan deyildilər. Xüsusilə də dayaq yarımmüdafiəçilərini vurğulamaq istəyərdim. Top almağa çalışırdılar, amma yaradıcılıq qabliyyətləri həddindən artıq zəif idi. Top bizim komandada olanda oyunu başlamaqda, hücuma keçməkdə çətinlik çəkirdik.
- Necə fikirləşirsiniz, Rəşad Sadıqovun yoxluğunda onun mövqeyində çıxış edən Ruslan Abışov kapitanın yoxluğunu siğortaya bildi?
- Söz yox ki, hər bir futbolçunun üstün və zəif cəhəti var. Ancaq düşünürəm ki, Ruslan zəif çıxış eləmədi.
- Komandamızın heyətində hansı futbolçunu digərlərinə nisbətən daha yaxşı mənada fərqləndirə bilərsiniz?
- Deyərdim ki, hər birinin az da olsa səhvləri oldu. Konkret super çıxış edən futbolçu olmadı. Mənim şəxsi fikrimə görə, Ruslan daha inamlı oyunuyla yadda qaldı.
- Əli Gökdəmir demək olar, heç nə ilə yadda qalmadı. Bu azmış kimi, onun ucbatından qapımıza 11 metrilik cərimə zərbəsi təyin olundu. Vaxtilə həmin mövqedə oynamış futbolçu kimi, onun oyunu barəsində fikirlərinizi bilmək istərdik...
- Dayaq yarımmüdafiəçisi mövqeyində oynamaq təcrübə tələb edir. Bəlkə də həmin mövqe Əlinin mövqeyi olmadığına görə zəif təsir bağışladı. Mənim fikrimcə, həmin mövqedə Rahid Əmirquliyev oynasaydı, daha effektiv olardı.
- Dünənki oyunda əsas heyətdə beş legioner futbolçunun çıxış etməsi azarkeşlər və futbol ictimaiyyəti arasında böyük narazılıqla qarşılandı. Necə düşünürsünüz, artıq legionerlərlə üzlüşmək vaxtı yetişməyib?
- Gərək baş məşqçi özü bu barədə fikirləşsin. Böyük ehtimalla o, məşqlərdə özünü yaxşı tərəfdən göstərən və rəqibə qarşı quracağı taktikaya uyğun seçim edir. Sizinlə razılaşıram ki, yerli futbolçular oynasa, daha əzimkar oynayarlar. Ustalıq səviyyəsi yuxarı olmasa belə, əzimkarlığa görə hansısa nəticəni əldə etmək olardı.
- Bu gün hər kəs bilir ki, bizim komandamız səfərdə Portuqaliya, Rusiya kimi komandalara qalib gəlmək gücündə deyil. Bunu Foqts da öz açıqlamalarında bildirib. Olmaz ki, həmin legionerlərin əvəzinə yerli futbolçularımız oynayıb təcrübəsini artırsın?
- Sizinlə bir məsələdə hardasa razı deyiləm. Çünki 23 yaşdan sonra ustalıq səviyyəsini hardasa 10-15 faiz artıra bilərsən. Əsas iş uşaq futbolundan başlamalıdır. Orada təcrübə yığıb milli komandaya gələndə nələrəsə ümid etmək olar. Sadəcə, əzimkarlığın sayəsində bir-iki oyun qalib gəlmək olar.
- Qapımıza təyin olunan penalti epizodu barəsində nə deyə bilərsən? Sənin fikrincə, hakimin qərarı doğru idi?
- Sözün düzü, həmin anı bir anlıq qaçırmışam. Təkrara da baxa bilmədiyimə görə bu epizod barəsində nəsə deyə bilmərəm. Onu vurğulamaq istiyirəmki birinci hissədə Vaqifin öz cərimə meydançamızda rəqibin futbolçusuna qarşı oyun epizodunda kobud oyun varıydı. Həmin epizodda hakim bizə güzəşt etdiyinə görə son dəqiqələrdə penalti təyin etdi.
- Əsas milli komandaların oyunundan əvvəl hər iki ölkənin veteranları qarşılaşdı. Rəqibin 2:0 qələbəsiylə başa çatan oyun barəsində fikirlərini bilmək maraqlı olardı.
- Həmin oyunun keyfiyyətindən nəsə danışmaq istəməzdim. Təbliğat baxımından baş tutan oyun oldu. Şəxsən məndə nostalji hisslər yarandı. Oyun ərzində nəsə etmək istədiyin zaman görürsən yox, alınmır. Həmin an yaşın keçdiyini başa düşüb məyus olurdum.
Şükür CAVAD
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Qaradağ Lökbatan" 13 qolla qalib gəldi
"Barselona"dan uğurlu seriya
"Milan" bu transferi həll etdi
"Mançester Yunayted"lə oyunda 111 illik rekord təkrarlandı
1-ci liqada həftənin hakimləri məlum oldu
Dani Alveş Portuqaliya klubunu alır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
"Real" azarkeşləri: Vinisius getsin!
“Kəpəz” iki legioneri göndərdi
Favre məşqçilik karyerasını başa vurdu
PSJ-nin rəqibi müəyyənləşdi
Afrika Millətlər Kuboku başladı
"Bavariya"nın qol şousu - Video
Harri Keyn Bundesliqada yeni rekord müəyyənləşdirib
"Qalatasaray"dan böyükhesablı qələbə
"Barselona"dan səfər qələbəsi - Video
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi