Azərbaycan Premyer Liqasının IX turunda “Qəbələ”ni qonaq edəcək “Xəzər Lənkəran” tarixində 19-cu dəfə bu rəqiblə qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisi indiyədək 16 çempionat və 2 kubok matçında Qəbələ təmsilçisi ilə üz-üzə gəlib.
İndiyəqədərki matçların balansında aşkar üstünlüyə malik “ağ-yaşıllar” 11 dəfə qalib gəlib, 4 dəfə “sülh”lə razılaşıb və cəmi 3 dəfə məğlub olublar. Top fərqində də komandanın üstünlüyü aşkar görünür – 30:14. Bu məhsuldarlığın nəticəsidir ki, “Xəzər Lənkəran” tarixi ərzində yalnız 1 dəfə “Qəbələ”nin qapısına yol tapmayıb.
Bu da səfərdə gerçəkləşib. Ev oyunlarında isə komanda ən azı 1 dəfə qol sevinci yaşayıb. Lənkəranda baş tutan əvvəlki oyunlara gəlincə 6 qələbəsi olan Yunis Hüseynovun komandası cəmi 3 dəfə qonaqlara xal verib: 2 heç-heçə və 1 məğlubiyyət. Bu matçlarda top fərqi 17:7-dir. Bu isə o deməkdir ki, qarşıdakı matçda vurulacaq ilk qol Lənkəranda baş tutacaq 10-cu dueldə qeydə alınan 25-ci top olacaq.
Komandanın kapitanı Rahid Əmirquliyev “Qəbələ” ilə 18 oyunun 16-da oynamaqla rekordçudur. Radomir Todorov 14, Kamran Ağayev 12 dəfə bu rəqibə qarşı “ağ-yaşıl” formada oynayıb. Ümumilikdə isə 73 futbolçu əvvəlki 18 matçın iştirakçısı olub.
Komandanın vurduğu 30 qola isə 16 futbolçu imza atıb. Kubok oyununda avtoqol müəllifi kimi tarixə düşən “Qəbələ”li İrakli Vaşakidze istisna olmaqla “Xəzər Lənkəran”ın 15 üzvü rəqib qapısına yol tapıb. Bu mənada rekordçu Zaur Ramazanovdur. O, “Qəbələ”ni 6 qolla məyus edib.
İndi əks düşərgədə olan Rəşad Andullayev 4 dəfə indiki komandasının qapısına yol tapıb. Rahid Əmirquliyevlə Allan Lalin hərəyə 3, Emeka Opara ilə Emin Quliyev hərəyə 2 dəfə qəbələliləri oyuna mərkəzdən başlamağa məcbur ediblər.
Əvvəlki 18 matçda 25 futbolçu 35 vərəqə ilə cəzalanıb. Bu vərəqələrdən 2-si qırmızı olub. Kostadin Cambazov və Alim Qurbanov “Qəbələ” ilə oyunlarda meydanı erkən tərk edənlərdir. Cambazov ümumilikdə 4, Rahid Əmirquliyevlə Adrian Pit 3 vərəqə alıblar.
“Qəbələ” ilə oyunlarda “Xəzər Lənkəran” 3 qapıçıya güvənib. Kamran Ağayev 12 matçda 7, Dmitri Kramarenko 5 oyunda 5 qol buraxıb. Kamal Bayramov isə meydana çıxdığı yeganə qarşılaşmada 2 dəfə məyus olub.
“Xəzər Lənkəran”ın 6 baş məşqçisi “Qəbələ” ilə duellərin iştirakçısı olub. İndiki baş məşqçi Yunis Hüseynov 3-cü dəfə komandanı “Qəbələ” önünə çıxaracaq. Əvvəlki 2 matçda onun yetirmələri uduzmayaraq 4 xal əldə edib. “Xəzər Lənkəran”ın baş məşqçilərindən Ağasəlim Mircavadov 10 (7 qələbə və 3 heç-heçə), Mirça Rednik 3 (2 qələbə və 1 məğlubiyyət) oyunda “Qəbələ” ilə üz-üzə gəlib. Rasim Kara, İqor Ponomaryoov və Cüneyt Biçər isə bu rəqiblə 1 dəfə üz-üzə gəlib. Onlardan biri – Kara qələbəyə sevinibsə, digərləri məğlubiyyətə üzülüblər.
2006/07 09.12.2006 çempionat e 4:0
2006/07 23.05.2007 çempionat s 3:0
2007/08 30.09.2007 çempionat e 2:1
2007/08 05.04.2008 çempionat s 1:1
2007/08 09.04.2008 kubok s 3:1
2007/08 23.04.2008 kubok e 1:1
2008/09 15.11.2008 çempionat s 1:0
2008/09 03.05.2009 çempionat e 1:2
2009/10 19.09.2009 çempionat s 1:1
2009/10 19.12.2009 çempionat e 1:0
2009/10 12.03.2010 çempionat e 4:1
2009/10 17.04.2010 çempionat s 2:1
2010/11 07.08.2010 çempionat e 1:0
2010/11 06.11.2010 çempionat s 0:1
2011/12 23.09.2011 çempionat e 2:1
2011/12 21.02.2012 çempionat s 1:2
2011/12 07.04.2012 çempionat s 1:0
2011/12 05.05.2012 çempionat e 1:1
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı