"Qarabağ" "Bakı" ilə oyuna itkilərlə hazırlaşır

"Qarabağ" "Bakı" ilə oyuna itkilərlə hazırlaşır
XƏBƏR 17 Oktyabr 2012 / 12:57 1308
-  A +

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində paytaxtın "Bakı" klubunu qəbul edəcək "Qarabağ" gündə 2 dəfə məşqlərini davam etdirir.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli oyunlar səbəbindən "Qarabağ"dan ayrı düşən futbolçular sabahdan komandanın məşqlərinə qoşulacaqlar.

Zədəli Əfran İsmayılov və Mustafa Afroto hələdə komandadan ayrı çalışırlar. Adıçəkilən futbolçuların bakılılarla oyunu buraxacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" - "Bakı" oyunu oktyabrın 20-də, saat 16:00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər