"Matçın son dəqiqələrində penaltidən qol buraxdıq. Bu, çox üzücü oldu".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov Rusiya ilə oyundan sonra (0:1) deyib.
V.Cavadov son dəqiqələrdə top buraxmalarının onları məyus etdiyini bildirib: "Rusiya millisi oyunda üstünlüyü ələ keçirsə də, qol vura bilmirdi. Lakin rəqibin son dəqiqələrdə qol vurması bizi məyus etdi. Eybi yoxdur. Artıq Rusiya millisini Bakıda gözləyəcəyik. Düşünürəm ki, Bakıda tamamilə fərqli oyun olacaq. Bu görüşdə Rusiya heç də yaxşı oyun sərgiləmədi.
Ancaq qələbə qazandılar. Biz meydanda sonadək mübarizə apardıq. Lakin xal qazanmaq üçün bir qədər çatdırmadıq. Əgər bu oyunda həmin qolu buraxmasaydıq, heç kəs Azərbaycan millisinin pis oynadığını deməyəcəkdi. Təəssüf ki, bunu bacarmadıq. Penalti zərbəsinə gəldikdə isə hakim 11 metrlik nöqtəni göstərməməli idi. Doğrudur, qayda pozulmuşdu. Ancaq bu, cərimə meydançasından kənarda baş vermişdi".
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı