Rus polisindən azərbaycanlı azarkeşlərə pankart qadağası

XƏBƏR 16 Oktyabr 2012 / 19:43 2818
-  A +

Bu gün keçiriləcək Rusiya - Azərbaycan oyununda komandamızı dəstəkləmək üçün yüzlərlə azarkeş görüşün keçirildiyi "Lujniki" stadionuna toplaşıb.

Qol.Az-ın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, azarkeşlərdən bir qrupu üzərində "Vətən deyib durmuşuq" adlı pankart açıblar.

Amma rus polisi pankartın açılmasına mane olub. Bu səbəbdən azarkeşlər pankartı yığışdırmaq məcburiyyətində qalıblar.

Tribuna yığışan azarkeşlərimiz oyunun əvvəlindən "Azərbaycan", "Qarabağ bizimdir, bizim olacaq" şüarını səsləndiriblər.



Daha çox


Son xəbərlər