"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində bu axşam milli komandamız Moskvanın "Lujniki" stadionunda Rusiyanın qonağı olacaq. Qol.Az-ın müxbiri bu oyunla bağlı Azərbaycanın aparıcı idman jurnalistlərinin fikirlərini öyrənib.
Vüqar Zeynalov "Azerisport.az" saytının baş redaktoru: “Fikrimcə, çətin oyun olacaq. Bugün Rusiya millisi çox güclüdür. Məncə, bu axşam 0:2 hesabı ilə məğlub olacaqıq”.
Emin Abbasov "Sportal.az" saytının baş redaktoru: “Rusiya yığmasının keçirdiyi son üç oyunun ikisini izləmişəm. Onlar İsraildə inamlı qələbə qazandılar. Portuqaliyanı da evdə məğlub etdilər. Həmin oyuna rusların fiziki cəhətdən çox yaxşı hazırlaşdığını görmək olardı. Digər tərəfdən Fabio Kapello da futbolçuları taktiki cəhətdən çox yaxşı hazırlayır. Bu axşamkı oyunda millimizin Rusiya ilə mübarizə aparmağa qadir olmadığını çox təəssüflə vurğulamalıyam. Çünki bu gün millimizin səfər oyunlarına baxanda heç də inamlı oynamadığımızın şahidi oluruq. Foqtsdan da qeyri-adi bir şey gözləmirəm. Maksimum gözlədiyim odur ki, futbolçular əzimkarlıq nümayiş etdirib sona qədər mübarizə apararlar. Şansları dəyərləndirsək, mən 90/10 faizə Rusiyanın xeyrinə qiymətləndirərdim. Konkret nəticəyə gəldikdə isə elə düşünürəm ki, görüş 2:0 hesabı ilə Rusiyanın qələbəsiylə bitəcək".
Mahir Rüstəmli "Futbol+" qəzetinin baş redaktoru: “Oyunla bağlı nikbinlik üçün heç bir əsas görmürəm. Xüsusən də millimizin baş məşqçi amilini nəzərə alarsaq. Rusiyanın Portuqaliya ilə oyununu izlədim. Düzdür, ruslar qol vurandan sonra oyun rəqibin üstünlüyü şəraitində keçdi. Həmin oyuna baxanda hiss olunur ki, Kapello şimal qonşularımıza yeni nəfəs gətirib. Bunun da nəticəsi olaraq bu axşam onlara qol vurmaq çətin olacaq. Çox güman ki, Foqts bu qarşılaşmaya Portuqaliya ilə oyunun davamı kimi baxacaq. Yenə müdafiyəmeyilli taktikaya üstünlük verəcək. Yeganə ümidim onadır ki, imkan daxilində futbolçularımız ləyaqətlə müqavimət göstərib, müabrizə aparacaqlar. Portuqaliya ilə oyunda olduğu kimi 60-65 dəqiqə davam gətirə bilsək, rusların oyun planı pozularsa, bizim üçün əks-hücumlarda fərqlənmək imkanı yaranar. Bəlkə də, Allahın qismətiylə bir xalla dönə bilərik. Mənim şəxsi proqnozuma gəldikdə isə məncə, 2:1 hesabı ilə ruslar qalib gələcək”.
Sənan Abdullayev "Xəzər TV"nin əməkdaşı: “Mən bu gün iki il əvvəl milli komandamızın Rusiyaya qarşı səfərdə 0:2 hesabla uduzduğumuz oyunun kadrlarına baxdım. Həmin oyunda da millimizin baş məşqçisi Berti Foqts idi. Fikrimcə, ötən iki il ərzində yığmamızda irəliləyişlər olmayıb. 2010-cu ildə olduğumuz gücdə Moskvaya yollanmışıq. Son zamanlar Foqtsun verdiyi qorxaq açıqlamalar onsuz da psixoloji cəhətdən güclü olmayan futbolçuları bir az da ruhdan salır. Xüsusilə, ruslarda Portuqaliya üzərindəki 1:0 hesablı qələbəsindən sonra bu axşamkı oyuna motivasiya daha güclüdür. Onlar bizə heç bir şans verməyəcəklər. Ən azı iki top fərqiylə millimizin məğlub olacağını fikirləşirəm. Çox təəssüflər olsun ki, bu gün də legionerləşdirmə siyasəti davam etməkdədir. Bu, bir neçə il bundan qabaq səviyyəli yerli futbolçuların az olduğu bir vaxtda baş versəydi, hardasa başa düşülən olardı. Heyətində bir neçə gənc futbolçusu olan “Neftçi” Avroliqanın qurupuna düşməyi bacarırsa, Foqtsun dediyi kimi bizim futbolçular hələ də Portuqaliya, Rusiya millisi kimi komandalardan öyrənməyə yollanırsa, o zaman bu gün bizim yığmada olan legionerlərin nəyinə ehtiyacımız var? Ondansa, yerli gənc futbolçuları dəvət et, getsin onlar öyrənsin. Bildiyimiz kimi tarixən bizim millimizdə hücumçu problemi olub. Həmin mövqeyə super də olmasa, yüksək səviyyəli futbolçu dəvət etmək olar. Ancaq qalan mövqelərdə oynamağa kifayət qədər yerli futbolçular olduğunu düşünürəm. Komandamızda çıxış edən legionerləri "artıq oyunçu yığını" sayıram”.
Tural Xudiyev "Space TV"nin əməkdaşı: “Axşamkı oyun barəsində onu deyə bilərəm ki, bizi həqiqətən də çətin oyun gözləyir. Əlavə olaraq Rəşad Sadıqovun zədə səbəbindən oynamaması bizim üçün problem yaradacaq. Bildiyimiz kimi Rusiyanın son oyunda Portuqaliya üzərində qələbə qazanması onlar üçün əlavə stimul olacaq. Doğma meydanda ilin son oyununa çıxacaq Kapellonun komandası inanmıram bizə qalib gəlməkdə hansısa çətinliklə üzləşsin. Onlar ili qrup lideri olaraq başa vurmaq şansını çətin əldən versinlər”.
Elşən Məmmədov "Lent.az" saytının əməkdaşı: “Fikrimcə, bu axşam millimizin Rusiyaya qarşı oyunu Portuqaliya qarşı keçirdiyimiz oyundan fərqlənməyə bilərdi. Bir şərtlə ki, Rəşad Sadıqov oynasaydı. Əgər bu axşam Rəşad meydanda olsa, komandamız yenə müdafiədə oturacaq və 70 dəqiqə çalışacaq ki, qapısından qol buraxmasın. Kapitanın oynamamasını bizim müdafiə üçün əlavə problem saymaq olar. Rəşad müdafiənin dayağıdır. Əgər Sadıqov oynamasa, bu axşam rusların bizə asanlıqla qalib gələcəyini fikirləşirəm. Bunun hansı hesabla olacağını isə əvvəlcədən demək çətindir. Yarımmüdafiə və hücum xətti isə inanmıram ki, güclü təsir bağışlasın. Portuqaliya ilə oyunda olduğu kimi yenə 9 nəfərlə müdafiəyə çəkilib, passiv oyun göstərəcəklər. Hətta ondan da pisini gözləyirəm".
Enrike, Mareska, Flik...
Qallaher, yoxsa Neves?
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı