Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Birinci Divizion və futzal üzrə Azərbaycan çempionatının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan I Divizionunun VI turunun “Şuşa” – “Energetik” matçında “Şuşa” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Azərbaycan I Divizionunun VI turunun “Şahdağ” – “Lokomotiv” matçında “Şahdağ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.
Azərbaycan I Divizionunun VI turunun “Neftçala” – “Bakılı” matçında “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat cəza kəsilib.
Futzal üzrə Azərbaycan çempionatının “Şəmkir” – “Neftçi” İSM matçında “Şəmkir” klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Azərbaycan çempionatının “Baku Flames” – “Ekol” matçının 10-cu dəqiqəsində “Baku Flames” klubunun 2 nömrəli futbolçusu Saleh Əzizov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan çempionatının PSL – “Azekolab” matçının 25-ci dəqiqəsində PSL klubunun 7 nömrəli futbolçusu Ceyhun İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cərimələnib.
Futzal üzrə Azərbaycan birinciliyinin “Neftçi” İSM – “Metro Air” matçının 29-cu dəqiqəsində “Metro Air” klubunun 10 nömrəli futbolçusu Mirzə Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cərimə olunub.
Futzal üzrə Azərbaycan birinciliyinin “Baku Fire” – “Fənərbaxça” matçının 30-cu dəqiqəsində “Baku Fire” klubunun təqsiri səbəbindən oyun yarımçıq dayandırılmışdır. Baş vermiş hadisəyə görə kluba aşağıdakı cəzalar tətbiq olunur:
- “Baku Fire” klubunun baş məşqçisi Fuad Rzayev hakimə qarşı fiziki təsir göstərdiyi üçün 20 oyunluq cəzalanır və cəza müddəti başa çatana kimi oyun keçirilən arenaya buraxılmır. Adıçəkilən çəkilən şəxsin peşəkar və ya həvəskarlar liqalarda məşqçi və ya futbolçu kimi fəaliyyəti cəza müddəti başa çatana kimi dayandırılır.
- “Baku Fire” klubunun məşqçisi Əşrəf Əliyev hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanır.
- Baku Fire” klubunun 8 nömrəli futbolçusu Rüfər Rzayev hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanır.
- Baku Fire” klubunun 28 nömrəli futbolçusu Ümid Paşayev hakimi təhqir etdiyi üçün 4 oyunluq cərimələnib.
- Baku Fire” klubunun 12 nömrəli futbolçusu İbrahim Zeynalov hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanır.
- “Baku Fire” klubunun təqsiri səbəbindən oyun yarımçıq dayandırıldığı üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
- Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər