AFFA ve UNICEF artiq bir ildən çoxdur ki əməkadaşlıq edir və bu əməkdaşlıq çərçivəsində bir neçə tədbir keçirilib və tədbirlərin əsas hissəsini tədris yönümlü təlimlər təşkil edir.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 12-də Bakıda keçirilən növbəti tədbir zamanı UNICEF-in xoşməramlı səfiri Şakira təhsilin əhəmiyyətini və onun qızların inkişaf etməsinə necə yardım etməsini müzakirə etmək üçün UNICEF tərəfindən dəstəklənən 17 yaşadək qızlardan ibarət futbol liqasının bir qrup oyunçusu ilə görüşüb.
Şakira sağlam həyat tərzi haqqında məlumatlılığı, qızların milli miqyasda təhsilini və idmanda iştirakını təşviq etmək üçün futbolun potensialından necə istifadə edilməsini yeniyetmə qızlarla müzakirə edib.
"İdman həm qızlar, həm də oğlanları əhatə etmək üçün gözəl vasitədir və qadın olduqlarına görə üzləşdikləri məhdudiyyətlər üzündən bir çox qızların edə bilmədiyi digərləri ilə sosial ünsiyyət qurmaq imkanını təmin edə bilər. Təhsil kimi idman da qızlara cəmiyyətdə bərabər hüquqlu oyunçu olmağa yardım edə bilər" - Şakira deyib.
UNICEF və Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) inklüziv idman mühitini və qızların idmanda iştirakını təşviq etmək üçün öz səylərini birləşdiriblər. Bu səylərin bir hissəsi olaraq UNICEF yeniyetmə qızları sağlam həyat tərzi, yaşam bacarıqları və uşaq hüquqları haqqında biliklər vasitəsilə səlahiyyətləndirir. Milli liqanın qızlardan ibarət oyunçuları nümunəvi qızlar və qızların idmana cəlb edilməsinin təşviqatçıları qismində çıxış edirlər.
Qız oyunçularla söhbət zamanı müzakirə olunan önəmli mövzulardan biri də erkən nikahlar məsələsi olub. Son zamanlar aparılmış tədqiqat zamanı məlum olub ki, erkən nikahlar müşahidə olunmaqda davam edir, çünki bəzi valideynlər hələ də öz qızlarının təhsillərini davam etdirməsini deyil, erkən yaşda nikah qurmasını məqbul hesab edirlər və düşünürlər ki, təhsilə daha çox oğlanların ehtiyacı var. Təhsil yeniyetməlik dövründə hamiləlikdən və uşaq doğumundan qaynaqlanan sağlamlıq üçün riskləri, sosial məhdudiyyətləri və qızlar və onların dünyaya gətirdiyi uşaqlar üçün digər zərərləri şərtləndirən qızlar arasında erkən nikahların qarşısının alınmasına yardım edir.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər