Sabah DÇ-2014-ün seçmə qrup oyunu çərçivəsində Moskvada Azərbaycanı qəbul edəcək Rusiya millisinin və Sankt-Peterburqun “Zenit” klubunun dayaq yarımmüdafiəçisi İqor Denisov komandasının bugünkü məşqindən sonra “RİA Novosti”yə müsahibə verib.
- Portuqaliya ilə qarşılaşma komanda üçün çox çətin keçdi. Bərpa üçün vaxtınız oldu?
- Portuqaliya ilə oyunda həqiqətən də çox güc itirdik. Ancaq 3 gün prinsipcə, bərpa üçün kifayət etdi. Bu mənada hər şeyin qaydasında olduğunu düşünürəm.
- Portuqaliya kimi klass komandadan sonra bir o qədər güclü olmayan rəqibə qarşı oynamaq sizdə hansısa boşluq yaratmayıb ki?
- Xeyr, istənilən qələbəyə görə 3 xal verilir. Buna görə də, necə ki Portuqaliya ilə oyuna maksimal köklənmişdik, Azərbaycana qarşı da o cür köklənmişik.
- Ola bilsin ki, sabah (bugün) “Lujniki” ancaq yarıya qədər dolu olsun. Buna hazırsınızmı?
- Birincisi, Portuqaliya ilə oyunda komandamıza fantastik dəstək verdiyi üçün azarkeşlərimizə minnətdarlıq etmək istəyirəm. Çalışacağıq ki, sabahkı oyunda da eyni dəstəyi qazanaq. Baxmayaraq ki, əgər stadionun yarısı boş olsa, bizim üçün üzücü olacaq. Ancaq əminəm ki, gələnlər də komandaya layiqincə dəstək olacaq.
- Futbolçuların çoxu deyir ki, bizim üçün fərqi yoxdur, Portuqaliya ilə oynayırıq, ya Azərbaycanla. Ancaq bir məqam da var ki, bu iki komandanın ustalıq səviyyəsi eyni deyil...
- Hazırda bizim üçün asan rəqib yoxdur. Dünya çempionatına çıxmaq üçün bütün komandaları üstələməliyik. Hətta 1:0 qalib gəlsək belə, buna sevinəcəm. Mən heç vaxt dünya çempionatında oynamamışam. Ora getməyi çox istəyirəm. Buna görə də razıyam, bütün oyunları 1:0 qalib gələk, amma dünya çempionatına gedək.
- Bəzən elə məqamlar yaranır ki, seçmə mərhələ başa çatandan sonra vurulan və buraxılan topların fərqinə də baxılır. Bu mənada necə düşünürsən, bəlkə Azərbaycan və o qədər də güclü olmayan rəqiblərlə oyunlarda daha böyükhesablı qələbələr qazanmalıdır...
- Əgər biz bütün oyunlarda 1:0 hesabıyla qalib gəlsək, heç bir top fərqinə nəzər yetirməyə ehtiyac qalmayacaq. Ancaq ola bilər ki, hansısa oyunda 10:0 qalib gələk, amma digər oyunda məğlub olub dünya çempionatından kənar qalaq. Bu mənada yenə təkrar edirəm, 1:0 qalib gələk amma dünya çempionatına gedək.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər