İsgəndər Cavadov: “Millimizdə problemlər var”

İsgəndər Cavadov: “Millimizdə problemlər var”
XƏBƏR 15 Oktyabr 2012 / 16:50 2316
-  A +

“Sabah millimizin futbolçularından ən azı yaxşı oyun gözləyirəm. Nə bacarırlarsa, ondan iki dəfə artığını meydançada qoymalıdılar. Onlar sübut etməyə çalışmalıdılar ki, Rusiyaya məğlub olmağa gəlməyiblər. Məşqlərdə hiss olunur ki, uşaqlarda əhval-ruhiyyə yüksək səviyyədədir. Mən özüm də, Moskvaya milli komandamıza dəstək olmağa gəlmişəm”.

Bu sözləri Qol.Az-a açıqlamasında hazırda Moskvada olan Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov deyib.

Cavadov millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah Rusiyaya qarşı keçirəcəyi oyunu şərh edərkən problemləri də qabardıb: ”Bizim üçün çox çətin bir matç olacaq. Lakin istənilən komandadan xal almaq mümkündür. Bunun üçün tam hazırlıqlı olmalısan. Çox təəssüf ki, hazırda millidə problemlər var. Ruslara gəlincə, onlar hazırda çox güclü təsir bağışlayırlar. Ancaq istənilən halda Azərbaycan komandasından yaxşı nəticə gözləmək olar”.

Əli HƏYATİ

Son xəbərlər