"Əminliklə demək olar ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 uğurla təşkil olundu. Dünya çempionatının təşkilinə ilk gündən böyük dəstək vermiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə AFFA və Yerli Təşkilat Komitəsi adından dərin minnətdarlığımızı bildiririk”.
Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov deyib.
AFFA-nın rəsmi saytına açıqlamasında Məmmədov başa çatan 17 yaşadək qızlar arasında dünya çempionatı haqda fikirlərini bildirib: "Bildiyiniz kimi, çempionatın yüksək səviyyədə təşkili ilə bağlı dövlət başçısı tərəfindən bir neçə sərəncam imzalandı və həmin sərəncamlardan irəli gələn məsələlərin həlli üçün dövlət strukturları böyük səylə çalışaraq mundialın keçirilməsinə töhfələrini verdilər. Bu gün böyük fərəh və qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycanın tarixində ən uzunmüddətli idman tədbirini müvəffəqiyyətlə başa vurduq. Sentyabrın 22-də start götürən dünya çempionatı 21 gün davam etdi. Ancaq onu da qeyd edim ki, çempionatın təşkili ilə bağlı artıq sentyabrın 5-dən etibarən FIFA nümayəndələrinin ölkəmizə uzunmüddətli ezamiyyətləri başlamışdı”.
Məmmədov yarışa gələn nüfuzlu qonaqların ölkəmizə səfər etməsindən məmnun qalıb: “Turnirdə iştirak etmiş bütün komandalar üçün xüsusi qarşılanma tədbirləri keçirildi və qonaqların hamısı Azərbaycandakı qonaqpərvərlikdən son dərəcə razı qaldılar. Artıq iştirakçı komandaların hamısı doğma ölkələrinə qayıdıblar və inanırıq ki, Azərbaycanla bağlı xoş xatirələri uzun müddət yaddan çıxarmayacaqlar. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində Respublika Prezidenti cənab İlham Əliyev və FIFA-nın prezidenti cənab Yozef Blatter iştirak etdi. Turnirin gedişi ərzində FIFA-nın vitse-prezidentləri, beynəlxalq futbol təşkilatının İcraiyyə Komitəsinin üzvləri, müxtəlif milli futbol assosiasiyalarının prezidentləri ölkəmizə səfər etdilər və bütün qonaqlar dünya çempionatının təşkilati işləri ilə bağlı müsbət fikirlər səsləndirdilər. Final qarşılaşmasında və mükafatlandırma mərasimində dövlət başçısı cənab İlham Əliyevin və UEFA-nın prezidenti cənab Mişel Platininin iştirakı hər birimizi son dərəcə sevindirdi”.
Baş katib ölkəmizdə əsl futbol bayramının gerçəkləşməsindən razı qalıb: “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin tender sənədləri FIFA-ya təqdim olunduğu zaman AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, Azərbaycanda təşkil olunacaq dünya çempionatı indiyə qədər qadınlar arasında keçirilmiş ən yaxşı dünya çempionatı olacaq. Artıq FIFA Təşkilat Komitəsinin rəhbərliyi bu fikri təsdiqləyərək qeyd edib ki, Azərbaycanda keçirilmiş qadınlararası dünya çempionatı indiyə qədər təşkil olunmuş ən yaxşı mundialdır. Dünya çempionatı davam etdiyi müddətdə azarkeşlər futbol həyəcanı yaşamaqla bərabər, tanınmış incəsənət xadimlərinin də canlı çıxışlarını izləmək fürsəti əldə etdilər. Açılış oyununda dünya şöhrətli pop ulduz Cennifer Lopez, turnirin Fan Zona-sında təşkil olunmuş ilk konsertdə məşhur müğənni Okeana, final qarşılaşmasından sonra milyonların sevimlisi Şakira canlı performansı ilə azarkeşlərə unudulmaz anlar yaşatdılar. Əlbəttə, bütün bunlar ümumilikdə böyük futbol bayramının bir hissəsi idi”.
Məmmədovun sözlərinə görə Azərbaycanda keçirilən dünya çempionatının oyunları 21 gün ərzində dünyanın 165 müxtəlif ərazisində canlı yayımlanıb: “Bu, ölkəmizin beynəlxalq aləmdə təbliğatı baxımından böyük əhəmiyyət kəsb edir. Turnirin təşkilində 1000 nəfərə yaxın könüllü iştirak etdi. Çempionatın keçirilməsində yardımını əsirgəməyən könüllülərin hər birinə minnətdarlığımı bildirirəm. Sevindirici məqamlardan biri çempionat dövründə sanki təbiətin də bizimlə həmrəy olmasıdır. Turnirin davam etdiyi 21 gün ərzində iqlim şərtləri, hava şəraiti ilə bağlı heç bir çətinliklə, təbiətin şıltaqlığı ilə üzləşmədik”.
Baş katib mundialın ölkəmizə, futbolumuza bəxş etdiklərindən də danışıb: “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 barədə artıq keçmiş zamanda danışırıq. Lakin geridə qalan bu turnir gələcəyə daha nikbin nəzərlərlə baxmağımız üçün bizə əsas verir. İlk növbədə, böyük və uzunmüddətli turnirlərin təşkilində xeyli təcrübə əldə etdik. İnfrastrukturla bağlı irəliyə doğru iri addımlar atıldı. 8 KM stadionu, Bayıl stadionu inşa olundu, "Şəfa" stadionunda əsaslı təmir işləri aparıldı, "Bakı" Futbol Klubunun təlim-məşq bazasında standartlara cavab verən 3 məşq meydançası salındı. Bunlardan öncə isə "Dalğa Arena" tikilərək istifadəyə verilmişdi. Ən əsası isə, beynəlxalq futbol qurumlarına və bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycanın böyük turnirlər keçirmək üçün potensialı var və biz bunun öhdəsindən layiqincə gəlməyi bacarırıq".
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"