Dünən Gürcüstandkı təlim-məşq toplanışı çərçivəsində yerli Tbilisi "Dinamo"suna 2:3 hsabıyla məğlub olan Zaqatalanın "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze matçla bağlı fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, klubun rəsi saytına danışan gürcü mütəxəssis buraxılan səhvlərdən danışıb: "Oyunun ümumi mənzərəsinə baxsaq, onu deyə bilərəm ki, bir neçə səhvlərimiz oldu. Problem onda oldu ki, heç nədən rəqibə penalti zərbəsi qazandırdıq. Qarşılaşmanın əvvəlində belə qol buraxmağımız oyunumuza psixoloji təsir göstərdi. Ümumiyyətlə, birinci hissənin əvvəli bizim üçün yaxşı başlamadı və fasiləyə 1:0 geridə yollandıq. İkinci hissədə isə standart vəziyyətdən yenidən qapımızda qol gördük. Daha sonra 3:0 hesabı ilə geri düşdük. Ancaq bunlardan 2-nin əvəzini çıxa bildik və ard-arda hücumlar təşkil etdik. Ən əsası o idi ki, güclü rəqiblə yoxlama görüşü keçirdik. Bu bizim növbəti turda “İnter”lə oyuna hazırlıq məqsədi daşıyırdı".
Qeyd edək ki, sarı-qaralar sabah Zaqatala qayıdacaq və məşqlərə ara vermədən IX tura hazırlıqları doğma arenada davam etdirəcək.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər