Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, Fransa mətbuatına danışan isveçli forvard PSJ-yə pul üçün gəlmədiyini bildirib:
"Hazırda komandam "Yuventus", "İnter" və "Barselona" səviyyəsində deyil. Ancaq onların səviyyəsinə yüksəlmək üçün yaxşı potensialımız var. Bütün oyunlara ciddi yanaşmalıyıq və ilk öncə Fransa çempionu olmalıyıq. Düşünürəm ki, PSJ də Avropa nəhəngləri sırasında olmalıdır.
Özümə gəldikdə isə mən bura pul üçün gəlmədim. Ümumiyyətlə, pul dalınca qaçmıram. Hazırda karyeramı bitirsəm, həyatımın sonuna qədər yetəcək pulum var. Mən Parisə yeni titullar üçün gəldim. Hər bir futbolçunun öz tərzi var. Mən də fərqli olmağı çox sevirəm. Məni daha çox müzakirə edirlər. Təbii ki, bu da mənə əlavə güc verir".
Qeyd edək ki, PSJ 8 turdan sonra 16 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər