"Simurq"un polşalı qapıçısı David Pietrzkieviç klubun rəsmi saytına müsahibə verib. Qol.Az həmin müsahibəni sizə təqdimedir.
- Əvvəlcə “Simurq”a gəlişin haqqında danışaq. Necə oldu ki, David bizim komandanı seçdi?
- Menecerim zəng elədi və dedi ki, Azərbaycandan bir klub səni istəyir. Ancaq əvvəlcə iki-üç məşqdə iştirak etməlisən. Mən də öz növbəmdə heç bir problemin olmadığını və oynamaq istədiyimi bildiridim. Beləliklə, komandanın düşərgəsinə qoşuldum. Hər şey qaydasında getdi və təkliflərin elədilər. Məndə razılaşıb müqavilə imzaladım.
- Komandamıza gələndən sonra, buranı bəyəndinmi?
- Əlbəttə,“Simurq” peşəkar komandadır. Hazırda hər şey qaydasında davam edir. Heyət peşəkar futbolçulardan təşkil edilib. Düşünürəm ki, hər kəs burada olmaqdan xoşbəxtdir.
- Azərbaycan Premyer Liqası haqqında nə deyərdin?
- Fikrimcə,çempionatda iştirak edən komandaların hamısı eyni səviyyədədir. Hazırda elə bir şey yoxdur ki, “Neftçi” yüksəkdədir, “Simurq” aşağıda. Hər bir komanda qarşısına nəticə qazanmağı məqsəd qoyub.
- “Simurq”un ilk “altılıq”a düşəcəyinə inanırsanmı?
- Fikrimcə, komandamız ilk “altılıq”a düşmək gücünə malikdir. Ancaq hər şey necə oynamağımızdan asılıdır. Biz hər qarşılaşmadan-qarşılaşmaya öz gücümüzə daha çox inanırıq və daha yaxşı oynayırıq. Düşünürəm bu oyunla biz ilk “altılıq”da olacayıq. Daha sonar isə yüksək yerlər uğrunda mübarizə aparmalıyıq.
- Hazırda həm də ən az qol buraxan komandayıq. Bu kimin əməyinin nəticəsidir?
- Bu bütün komandanın əziyyətinin nəticəsidir. Bunu nə qapıçının, nə müdafiəçilərin, nə də hücumçuların hesabına yazardım. Biz komanda halında həm hüçum edirik, həm də müdafiə olunuruq.
- Qarşıda bizi “İnter”lə, AZAL-la və “Neftçi”ylə çətin oyunlar gözləyir. Bu matçlar haqqında nə düşünürsən?
- Hər üçü yaxşı futbolçulardan təşkil olunmuş güclü komandalardır. Ancaq bu gün“Simurq” onlardan heç nəyi ilə geri qalmır. Biz hər oyuna xüsusi hazırlaşırıq. Düşünmürük ki, biz qarşıdakı 3 oyunda nə edəcəyik? Əvvəlcə “İnter”, ondan sonra AZAL və “Neftçi” ilə keçirəcəyimiz matçlara ayrı-ayrılıqda hazırlaşırıq və yaxşı nəticə qazanmaq üçün çalışırıq.
- Əksər futbol mütəxəssisləri “Simurq”un hazırkı nəticəsin çempionatın surprizi sayırlar. Sən necə düşünürsən?
- Bu surpriz deyil. “Simurq” güclüdür və bu nəticəni əldə etməli idi. Komandanın çempionata hazırlıq mərhələsinə baxsaq, Avstriyada, Tiflisdə güclü rəqiblərlə keçirdiyi yoldaşlıq görüşlərinə diqqət yetirsək, bu komandanın nəticəqazanacağını görmək olardı. Yaxşı futbolçulardan təşkil edilmiş heyətimiz var. Toplanışlarda məşqçimiz bu oyunçuları nəticə qazanmaq üçün diqqətlə seçirdi. Düzdür qeyd edilir ki, “Simurq”un gücü “İnter”lə, AZAL-la oyundan sonra bilinəcək. Ancaq keçirdiyimiz oyunlara baxsaq, “Qarabağ”, “Metallurq” heç də onlardan zəif kollektivlər olmayıb. Lakin biz onlara qarşı oynamağı bacarmışıq və yaxşı nəticəqazanmışıq. “Simurq” heç kəsdən çəkinmir.
- “Simurq”un heyətində hansı yerli futbolçunun oyununu bəyənirsən?
- Bu komandanın heyətində ulduz futbolçu yoxdur. “Simurq”da hər kəs yaxşı nəticə qazanmaq üçün tam gücüylə mübarizə aparır. Yerli futbolçular arasında da kimisə fərqləndirməzdim. Hərə öz mövqeyində sonadək mübarizə aparmağı bacarır.
- Komandamızın məşqçilər korpusu haqqında nə deyərdin?
- “Simurq”da məşqçilərin hər biri işini yaxşı bilən mütəxəssislərdir. Georgi Çixradze futbolu yaxşı başa düşür. Fikimcə, bu günkü göstəricimiz məhz məşqçilər heyətinin işinin nəticəsidir.
- “Simurq” azarkeşləri haqqında nə deyərdin?
- Onlar superdirlər. Bilirsiz, nə zamankı azarkeşlər meydanları doldururlar və sona qədər dəstəkləyirlər, bu futbolçuları qələbə qazanmaq üçün çox ruhlandırır. Xüsusən onlar ev oyunlarında bizə əlavə güc verir.
- Zaqatalada yaşamaq çətin deyil ki?
- Xeyr. Zaqatala çox gözəl yerdir. Hər tərəf dağlarla əhatə olunub. Çox gözəl və təmiz havası var. Bakıdan fərqli olaraq, Zaqatalada nəfəs almaq daha rahatdir.
- Növbəti mövsümü də “Simurq”da keçirmək haqqında düşünürsən?
- İndi bu barədə nəsə deyə bilmərəm. Əgər “Simurq” üçün lazım olaramsa bu barədə rəhbərlikləyenidən danışarıq. Mənim tərəfdən heç bir problem yoxdur.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı