"Simurq" Gürcüstanda ilk məşqinə çıxdı

"Simurq" Gürcüstanda ilk məşqinə çıxdı
XƏBƏR 14 Oktyabr 2012 / 03:34 1237
-  A +

Ötən gün səhər saatlarında Gürcüstana yola düşən "Simurq" qonşu ölkədə ilk məşqinə çıxıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın 1 saata yaxın davam edən hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri isinmə və fiziki hərəkətlərdən sonra taktiki çalışmalar üzərində çalışıb. Sonda isə məşq ikitərəfli oyunla tamamlanıb.

Qeyd edək ki, "Simurq" bu gün Tbilisi "Dinamo"su ilə yoldaşlıq görüşü keçirdəcək. Ertəsi gün isə komanda yenidən Zaqatalaya qayıdaraq hazırlıqları doğma şəhərdə davam etdirəcək.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord