“Muğan”ın sabiq bosnyalı qapıçısı Edis Kurtanoviç Qol.Az-a müsahibə verib.
“O klub mənə çox doğmadır, orada gözəl günlərim olub”
- Hazırda hansı klubun şərəfini qoruyursan?
- Hazırda futbol oynamıram. Belə demək mümkünsə, tamaşaı mövqeyindəyəm və oyunlara azarkeş kimi gedirəm. Ola bilsin karyeramı davam etdirdim, amma ola da bilsin ki, məşqçiliyə başlayım və qapıçılarla işləyim.
- Azərbaycanla nə dərəcədə əlaqə saxlayırsan? Yəqin ki, burada dostların var...
- Əlbəttə, Azərbaycanda kifayət qədər dostum var və imkan düşdükcə, əlaqə saxlayırıq.
- Sabiq klubun “Muğan”ın fəaliyyətini dayandırmasından xəbərin var?
- Necə? Başa düşmədim, “Muğan” komandası artıq yoxdur?
- Bəli, bu komanda artıq mövcud deyil və fəaliyyətini dayandırıb.
- Buna çox təəssüfləndim. Bilirsiniz, o klub mənə çox doğmadır, orada gözəl günlərim olub. “Muğan”da özümü necə gözəl hiss etdiyimi tanıyanlar bilir.
“İnternet vasitəsilə “Rəvan”ın oyunlarını izləyirəm.
- Həmin vaxt “Muğan”da Kamal Alispahiçin rəhbərliyi altında oynamışdın. İndi həmin Alispahiç “Rəvan”a baş məşqçi təyin olunub. O, səni bu komandaya dəvət etməyib?
- Bəli, bundan xəbərim var ki, Kamal Alispahiç hazırda “Rəvan”ın baş məşqçisidir. Ümumiyyətlə, bu mütəxəssis haqda ancaq xoş sözlər deyə bilərəm. Əminəm ki, o, tezliklə “Rəvan”da da güclü komanda yaradacaq. Mən deyərdim ki, komanda hazırda heç də pis futbol nümayiş etdirmir. Çünki internet vasitəsilə “Rəvan”ın oyunlarını izləyirəm.
- Az öncə karyeranı bitirmək ehtimalını qeyd etdin...
- Hələ bitirməmişəm, istirahət edirəm. Baxaq görək, gələcəkdə necə olacaq. Yaxşı təklif olsa, karyeramı davam etdirə bilərəm (gülür)
- Amma eyni zamanda həm də belə başa düşdüm ki, qapıçılarla işləyən məşqçi postundan dəvət alsan etiraz etməzsən...
- Bəli, siz deyən kimi də ola bilər. Ancaq hələ 30 yaşım var və düşünürəm ki, futbolçu kimi təklif olsa daha beş il də oynaya bilərəm.
- Az öncə Alispahiçlə bağlı verdiyim suala cavab vermədin... Səni “Rəvan”a dəvət etsə, gələrsən?
- Konkret cavab verməkdə çətinlik çəkirəm. Bilmirəm, baxarıq. Hər şey ola bilər. “Rəvan”a gəlməyim istisna deyil.
“Stamenkoviç əla qapıçıdır”
- “Neftçi”nin Avropa Liqasındakı çıxışlarını və şanslarını necə qiymətləndirirsən?
- “Neftçi” yaxşı komandadır. Onların “Partizan”la oyunlarına baxdım və çox yaxşı təsir bağışladılar. Bu komandanı Bakıda məğlub edə bilərlər.
- “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviçlə tanışlığın var?
- 1-2 dəfə belə danışmışıq, amma şəxsi tanışlığım yoxdur. Ancaq deyə bilərəm ki, əla qapıçıdır.
Anar XANLAROV
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı