Gəncəli azarkeşlərin arzusu həyata keçmək üzrədir. Söhbət bu şəhərə futbolun qayıtmasından gedir. Fevraldan etibarən bərpa olunan “Gəncə” komandasının növbəti mövsümdən etibarən Azərbaycan çempionatının I divizionunda çıxış etməsi demək olar ki rəsmiləşib. Qol.Az-ın məlumatına görə, artıq “Gəncə”nn yeni prezidenti Elmir Əliyev AFFA rəhbərliyinə məktub ünvanlayıb. Məktubda qeyd olunub ki, fevraldan etibarən artıq məşqlər bərpa olunub və komanda tam formalaşıb. Buna görə də “Gəncə” növbəti mövsümdən etibarən I divizionda çıxış etmək istəyir. Komanda rəhbərliyi bu məqsədlə AFFA rəhbərliyindən növbəti mövsümdə çempionatda çıxış etmək üçün kömək istəyir. AFFA rəhbərliyinin “Gəncə”nin təklifini müxbət qarşılayacağı şübhə doğurmur. Çünki AFFA prezidenti Rövnəq Abdullayev prezident seçildiyi ilk gündən elan etmişdi ki, zəngin tarixə malik Gəncə futbolunu həyata qaytarmaq əsas məqsədlərindən biridir.
Hazırda komandanın düşərgəsində məşqlər davam edir. Komandanın əsasını yerli, gənc futbolçular təşkil edir. “Gəncə”ni növbəti mövsümə baş məşqçi Fuad İsmayılov hazırlayır. İkinci məşqçi isə “Kəpəz”in keçmiş üzvü, bu komandanın heyətində bir çox uğurlara imza atmış Xaliq Mərdanovdur.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı