İspaniyanın “Atletiko” futbol klubu qış transfer dövründə türkiyəli yarımmüdafiəçi Arda Turanla kolumbiyalı hücumçu Radamel Falkao ilə yollarını ayırmayacaq.
Qol.Az-ın məlumatına görə, bu barədə Bakıda səfərdə olan klubun baş meneceri Migel Anxel Gil Marin jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, mövsümün sonunadək hər iki futbolçu komandada qalacaq: “Arda və Falkao qışda “Atletiko”nu tərk etməyəcəklər. Bunu əminliklə deyə bilərəm”.
Gil Marin son 15 ildə İspaniya çempionu ola bilməmələrinin də səbəbini açıqlayıb. “Atletiko” rəsmisinin fikrincə, İspaniya çempionatında rəqabət çox böyükdür:
“Biz “Real Madrid” və “Barselona” ilə rəqabət aparan azsaylı klublardanıq. Digər komandaların da çempion olmaları üçün çox şeylər dəyişilməlidir. Hazırda 7 turdan sonra 19 xalla “Barsa” ilə ilk 2 yeri bölüşürük. Mövsümün sonunadək mövqeyimiz dəyişməsə, söz verirəm ki, gələn ilin iyun-iyul aylarında əsas komandamızı “Bakı” ilə yoldaşlıq görüşünə gətirəcəyik”.
Qeyd edək ki, Radamel Falkao hazırda Lionel Messi və Kriştianu Ronaldu ilə birgə hərəyə 8 qolla İspaniya çempionatının bombardirləri siyahısında qərarlaşıb. Onunla Avropanın ən aparıcı klubları maraqlanır. Arda Turan üçün isə Almaniyanın “Şalke” klubundan 20 milyon avroluq rəsmi təklif gəlib. Avropa mətbuatında “Atletiko”nun maliyyə problemləri ilə üz-üzə olması səbəbindən satışa razılıq verəcəyi yazılıb.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı